23 Oktyabr 2019, Çərşənbə
IX turun hakim təyinatları açıqlandı
Turun oyunçusu - Rəhman oldu
Nazarovdan Almaniyada yeni rekord
Lixtenşteynlə oyun Sumqayıtda

Digər idman növləri

“Eurosport” “Tour d’Azerbaïdjan-2015”i canlı yayımlayacaq

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün startına 21 gün qalır. Futbolxeber.az-ın məlumatına görə, mayın 6-10-da keçiriləcək 5 günlük yarışda iştirakçılar ümumilikdə 870 km məsafə qət edəcəklər.

Proqrama əsasən, velosipedçilər mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-Qobustan-Şamaxı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ (180 km), mayın 9-da Qəbələ-Ağdaş-Yevlax-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da paytaxtda təşkil olunacaq sonuncu mərhələ (144 km) isə Bakı-2015 ilk Avropa Oyunlarının marşrutu üzrə keçiriləcək.

Planetin nüfuzlu "Eurosport" kanalı ilə əldə olunmuş razılığa əsasən, "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün 3-cü, 4-cü və 5-ci mərhələləri adı çəkilən telekanal vasitəsilə canlı yayımlanacaq. 1-ci və 2-ci mərhələlər isə yarım saatlıq icmal şəklində tamaşaçılara təqdim ediləcək. Veloyürüş başa çatdıqdan sonra "Eurosport" bütün mərhələlərdən bəhs edən daha bir icmal yayımlayacaq. Ölkəmizdə isə bu missiyanı "Idman Azərbaycan" həyata keçirəcək - telekanal turun 5 mərhələsinin hamısını canlı yayımlayacaq.

Qeyd edək ki, "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar.

Veloyürüşün təqdimat çarxını bu linkdən izləyə bilərsiniz:

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31