24 Oktyabr 2019, Cümə axşamı
Futzal millimizdən əzmkar qələbə
IX turun hakim təyinatları açıqlandı
Turun oyunçusu - Rəhman oldu
Nazarovdan Almaniyada yeni rekord

Digər idman növləri

Moldovada keçiriləcək Azərbaycan - Rumıniya matçının vaxtını açıqlandı

Futzal milliləri arasında 21-24 aprel aralığında Moldovada keçiriləcək “FMF Kuboku”nun təqvimi rəsmi olaraq açıqlanıb. Futbolxeber.az-ın “moldfootball.com”a istinadən verdiyi məlumata görə, turnir Moldova Futbol Federasiyasının 25 illiyinə həsr edilib. Yarışda meydan sahibləri ilə yanaşı, Azərbaycan, Yunanıstan və Rumıniyanın regional yığmaları mübarizə aparacaqlar. Aprelin 22-də yarımfinal oyunları baş tutacaq. Yerli vaxtla 16:00-da start götürəcək ilk matçda Azərbaycan millisi Rumıniya ilə, 2 saat sonra isə Moldova Yunanıstanla üz-üzə gələcək. Ertəsi gün yarımfinalda uduzanlar 16:00-da III yer, 18:00-da yarımfinalların qalibləri isə turnirin birinci olmaq uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan millisinin Moldovada Yunanıstan və meydan sahibləri ilə üz-üzə gələcəyi xəbəri yayılmışdı. Lakin Futbolxeber.az saytı özəl olaraq yazmışdı ki, turnir tam fərqli formatda keçiriləcək və Azərbaycan yığması ilk oyunda Rumıniya ilə üz-üzə gələcək (http://www.futbolxeber.az/news/others/20585). Göründüyü kimi, artıq Moldova mətbuatı da yazdığımız xəbəri təsdiq edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31