Digər idman növləri
Bakının İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalandı
Bu gün Azərbaycanın IV İslam Həmrəyliyi Oyunları - Bakı 2017-yə ev sahibliyi etməsi ilə bağlı müqavilənin rəsmi imzalanma mərasimi keçirilib. Futbolxeber.az-ın “Trend”ə istinadən verdiyi məlumata görə, müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al-Saud və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıblar.
İmzalanmadan öncə mərasimdə çıxış edən Ç.Hüseynzadə Azərbaycanın bu oyunların keçirilməsinə tam hazır olduğunu deyib: ”Bu gün çox böyük tədbir həyata keçirilir. Bu, bizim üçün məsul və fərəhli bir gündür. Azərbaycan bütün İslam Oyunlarında fəal iştirak edib və böyük nəticələr qazanıb. Hesab edirik ki, bu oyunların Azərbaycan idmançıları üçün böyük əhəmiyyəti var və böyük fəxrlə yarışların keçirilməsinə hazırlaşırıq. Bu gün qonaqlar oyunların keçirildiyi arenalarına baxış keçirib. Bu gün əminliklə demək olar ki, Azərbaycan bu oyunların keçiirlməsinə tam hazırdır. Biz bu oyunların yüksək səviyyədə keçirilməsinə nail olacağıq”.
Vitse-prezident bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda hələlik 2017-ci ildə təxminən may ayında keçirilməsi planlaşdırılır: "Oyunların keçirilməsi müqəddəs Ramazan ayının nə vaxta düşməsindən asılı olacaq. Oyunlar Ramazan ayından əvvəl keçiriləcək. Oyunlarda təxminən 19-20 idman növü təmsil olunacaq. Yarışların proqramı Avropa Oyunlarının proqramına yaxın olacaq, amma fərqli idman növləri də olacaq. Məsələn, ağırlıqqaldırma".
Abdullah Bin Mosaad Bin Abdulaziz Al-Saud İslam Həmrəyliyi Oyunlarına böyük maraq göstərdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Onun fikrincə, Azərbaycanın bu oyunlara ev sahibliyi etməsi idman yarışlarının uğur qazanacağına inama dəlalət edir: “Bakıda keçiriləcək bu oyunlar ən böyük idman oyunlarından biri olacaq. Allahın izni ilə buna nail olacağıq. İnanıram ki, bu oyunlar İslam ümmətinə, qardaşlıq və birlik dəyərlərinə xidmət edəcək”.
O, qeyd edib ki, Bakıda idman yarışlarının keçiriləcəyi arenalara baxış keçiriblər: "İndidən demək olar ki, Azərbaycan bu oyunların keçirilməsinə tam hazırdır. Bu münasibətlə sizi təbrik edirəm!"
İHİF prezidenti deyib ki, bu oyunlar bir-birimizi yaxından tanımağımız üçün böyük imkandır: "Eyni zamanda, biz burada mədəniyyətlərimizi bölüşəcəyik".
A.Rəhimov bəyan edib ki, Azərbaycan son illər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin, Azərbaycan qısa müddətdir müstəqillik əldə etməsinə baxmayaraq, aparıcı İslam ölkələrindən birinə çevrilə bilib. Nazir bildirib ki, Bakıda keçiriləcək İslam Oyunları bütün dünyada müsəlmanlar arasında birlik və həmrəyliyin möhkənlənməsinə kömək edəcək.
Gənclər və idman naziri bildirib ki, Avropa Oyunlarındakı atletlər kəndi İslam Həmrəyliyi Oyunlarında da idmançıların ixtiyarına veriləcək: "Onların qidalanması üçün də maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur".
Onun sözlərinə görə, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında 100-dən çox idmançı ilə təmsil olunacaq: "Azərbaycan ev sahibi olduğundan burada kvalifikasiya, seçim olmayacaq. Çalışacağıq ki, bütün idman növlərində, bütün çəkilərdə təmsil olunaq. Məqsədimiz həmişə olduğu kimi, yenə yüksək uğurlar qazanmaq, yüksək yerlər tutmaqdır".
Mərasimdə Bakı 2017-yə həsr olunmuş videoçarx nümayiş olunub.
Qeyd edək ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddi şəhərində İHİF-in 8-ci Baş Assambleyasında 4-cü İslam Həmrəyliyi Oyunlarının ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi barədə qərar qəbul edilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana verilib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
12:51
Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
-
12:04
“Neftçi” ilə oyun bizim üçün həlledicidir"
-
11:48
Azərbaycan bilyardçısı Avropa çempionu olub
-
11:33
Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
-
11:19
Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub
-
11:05
Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
-
10:52
Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
-
10:26
“Borussiya" "Atletiko"nu mübarizədən kənarlaşdırdı VİDEO
-
10:11
Vitali Borisov: "Millidə görüləsi işlər çoxdur"
-
09:47
PSJ səfərdə "Barselona"nı diz çökdürdü VİDEO
-
09:30
Minifutbol üzrə Azərbaycan çempionatı: 1/2 finalın ilk oyunları keçirilib
-
18:20
AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
-
17:42
"Şəki Siti" "Göygöl"ə belə qalib gəldi VİDEO