19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Dağ velosipedçilərimizin Bakı-2015-ə hazırlığı davam edir

Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək dağ velosipedi (MTB) üzrə Azərbaycan yığma komandası məsul yarışa hazırlığı Sloveniyada davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, təlim-məşq prosesi çərçivəsində idmançılarımız beynəlxalq turnirlərdə də iştirak edirlər.

Aprelin 6-da Sloveniya, İtaliya, Xorvatiya və Avstriyadan olan 60 velosipedçinin iştirakı ilə təşkil olunmuş yarışda Avropa Oyunlarında iştirak etməyə namizəd olan yığma komandamızın 4 üzvü - Aqşin İsmayılov, Aqşin Bağırlı, Murad Sultanov və Orxan Məmmədov da iştirak edib. İdmançılarımızdan ən yüksək nəticəyə Aqşin İsmayılov imza atıb - o, 13-cü nəticə göstərib. Qeyd edək ki, martın 29-da Avstriyada 100-dən artıq idmançının iştirakı ilə keçirilən digər yarışda Aqşin 24-cü olmuşdu.

Sloveniya turnirində mübarizə aparan digər velosipedçilərimizə gəlincə, Aqşin Bağırlı 19-cu, Orxan Məmmədov 20-ci, Murad Sultanov isə 22-ci yeri tutub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30