20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Millimizin baş məşqçisi: “Komandam yaxşı oynadı”

“Komandamı təbrik edirəm. İlk oyunlar həmişə çətin keçir. Amma bu gün komandam yaxşı oynadı. Azarkeşlərə verdiyi dəstəyə görə minnətdarlıq edirəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Belçika ilə oyundan sonra futzal üzrə milli komandamızın baş məşqçisi Tino Peres deyib.

O, bəzi oyunçuların tam hazır olmadığını bildirib: “Tez-tez əvəzetmələr etməyim səbəbsiz deyildi. Çünki komandamın daim aqressiv, sürətli oynamasını istəyirəm. Əgər, sürətli oynamasan, bu, futzal olmaz. Bəzi futbolçularımız zədələrini yenicə bərpa ediblər. Onlar hələ tam hazır deyillər”.

Peres indidən qrup qalibi olmaq barədə düşünmədiklərini qeyd edib: “Sabah bizi Danimarka ilə oyun gözləyir. İndi fikrimiz yalnız həmin oyunla bağlıdır. İlk növbədə gücümüzü bərpa etməliyik. Yalnız sabahkı görüşdən sonra qrup qalibi olmaq haqda düşünmək olar”.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30