23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Rafael Ağayev XI dəfə Avropa çempionu oldu

 

Azərbaycanı və “Qəbələ”ni beynəlxalq arenada uğurla təmsil edən Rafael Ağayev titullarına daha birisini əlavə edib. Futbolxeber.az-ın məlumatrına görə, Macarıstanda keçirilən 48-ci Avropa Çempionatında rəqiblərinə şans verməyən karateçimiz finala adlayıb. Finalda Ağayev hollandiyalı Rene Smalla qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən döyüş karateçimizin qələbəsi ilə yekunlaşıb.  Bununla da Rafael WKF növü üzrə 11-ci Avropa çempionluğunu qazanıb. Ağayev çempionatda 75 kq çəki dərəcəsində mübarizə aparıb. Bu çəkidə 32 idmançı medallar uğrunda üz-üzə gəlib.

Döyüşdən sonra Rafael Ağayev fikirlərini gabalafc.az-la bölüşüb. Döyüşçü yarımfinal və final görüşlərinin gərgin keçdiyini bildirib:

“Bildiyiniz kimi sözügedən turnir ən çətin və vacib yarışlarındandır. Burada Avropanın ən güclü və tanınmış idmançıları iştirak edir. Finala qədər 4 döyüş keçirdim. Avtriya, Slovakiya, Portuqaliya və İtaliya idmançısına qalib gəldim. Xüsusilə yarımfinalda italyan döyüşçü Luici Busa ilə görüşüm gərgin alındı. Onunla ötən ilin noyabr ayında Dünya Çempionatının finalında qarşılaşmışdım. Döyüş 0:0 hesabilə yekunlaşdı və hakimlərin rəyi ilə qələbə Busaya verildi. Bu dəfə isə ona şans vermədim. Final döyüşüm də çətin keçdi. Buna baxmayaraq hollandiyalı Rene Smalla qalib gəlməyi bacardım. Bu təkcə mənim qələbəm deyil, “Qəbələ” İdman Klubunun və Azərbaycanın qələbəsidir”.

Xatırladaq ki, Avropa çempionatında 45 ölkədən 497 idmançı iştirak edir. Azərbaycan çempionatda 2-i qadın, 11 kişi olmaqla 13 döyüşçü ilə təmsil olunur. Yarışa sabah yekun vurulacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30