7 Fevral 2026, Şənbə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Digər idman növləri

Bəxtiyar Abbasov Kiyevdən qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünü keçirib. Futbolxeber.az-ın məlumatına görə, 29 yaşlı idmançımız martın 5-də Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı döyüş gecəsində iştirak edib. 84 kq çəki dərəcəsində çıxış edən təmsilçimizin rəqibi ukraynalı Aleksandr Boyko olub.

Peşəkar rinqdə 21-ci döyüşünə çıxan, indiyədək 12 dəfə qalib gələn Ukrayna təmsilçisi Abbasovun qarşısında aciz qalıb. Belə ki, idmançımız artıq 1-ci raundda döyüşün taleyini həll edib. 4-cü dəqiqədə boğucu fəndlə rəqibini çıxılmaz vəziyyətə salan Abbasov Boykonu təslim olmağa vadar edib.

Beləliklə, 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edən idmançımız 17-ci döyüşündə 13-cü qələbəsini qazanıb.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28