28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Digər idman növləri

"Vaşington Post" Bakı-2015-dən yazdı

"Vaşington Post” qəzetində Bakı-2015 Avropa Oyunlarına həsr edilmiş məqalə dərc olunub. Futbolxeber.az-ın məlumatına görə, məqalədə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin son mərhələdə olduğu qeyd edilib.

Yazıda həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fevralın 6-da Bakıda keçirilən mətbuat konfransında söylədiyi fikirlərdən sitat gətirilib: “Biz 6-8 il əvvəl bu oyunların keçirilməsinin uyğunluğunu araşdırmaq üçün icazə alanda çoxları gülürdü və fikirləşirdilər ki, bu, heç zaman baş verməyəcək. Lakin bu gün biz düz yoldayıq”.

Məqalədə Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirləri də yer alıb. S.Kleq qeyd edib ki, ilk əvvəl Oyunlar haqqında müəyyən skeptisizm mövcud idi: “Lakin biz bütün bu məqamları yoluna qoya bildik. İndi 50-dən artıq Avropa MOK-da bu oyunların keçirilməsi ilə bağlı ümumi entuziazm müşahidə olunur”.

Məqalədə həmçinin Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosun da fikirlərinə istinad edilib: “Şübhə etmirik ki, Bakı möhtəşəm oyunlar keçirəcək və Azərbaycan tarixə böyük, çoxidmanlı yarışların təşkilatçısı kimi düşəcək”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28