9 Noyabr 2025, Bazar günü
Millimiz mübarizəni dayandırdı
Elmar Baxşıyevdən qələbə şərhi
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi

Digər idman növləri

Fariz Məmmədov Avropa çempionuna qarşı

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, boksçumuz dekabrın 13-də növbəti reytinq döyüşünə çıxacaq. İdmançımızın rəqibi Belarus təmsilçisi Xavadji Xatsiqov olacaq. Bu döyüş Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. 8 raundluq qarşılaşma reytinq xarakteri daşıyacaq.

Çeçenistan Respublikasından olan idmançı 1999-cu ilədək Rusiyanın şərəfini qoruyub. Yığmanın tərkibinə düşmək uğrunda rəqabətin böyük olması üzündən Xatsiqov Qroznıdan Belarusa köçməyə qərar verib. Həvəskar rinqdə bir sıra uğurlar qazanan boksçu 2004 və 2008-ci illərdə Olimpiya Oyunlarının iştirakçısı olub. 54 kq çəki dərəcəsində çıxış edən idmançının ən böyük nailiyyəti isə 2002-ci ilə təsadüf edib. Həmin vaxt Belarusu təmsil edən Xatsiqov qitə çempionu titulunu qazanıb. 2004 və 2006-cı illərdə də bu yarışa qatılan çeçen boksçu ilk döyüşlərdə mübarizəni dayandırıb.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30