16 Sentyabr 2025, Çərşənbə axşamı
V turun hakim təyinatları açıqlandı
"Kəpəz" 1000-ci oyununa çıxdı
“Qarabağ” Lissabona çatdı
"Onlardan yüz faiz razı deyilik"

Digər idman növləri

Məhəmmədrəsul Məcidov və Tamerlan Abdullayevin rəqibləri müəyyənləşdi

AİBA Pro Boxing (APB) turnirində mübarizə aparan Məhəmmədrəsul Məcidov (+91 kq) və Tamerlan Abdullayevin (69 kq) növbəti rəqibləri bəlli olub. Futbolxeber.az-ın məlumatına görə, 2 qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məcidov dekabrın 19-da rinqə çıxacaq. Milli komandamızın üzvü misirli Əhməd Samirlə üz-üzə gələcək.

30 yaşlı Samir Nyu Yorkda peşəkar boksla məşğul olub. Ancaq o, APB turnirində hər iki görüşdə uduzub. Superağır çəki dərəcəli boksçu əvvəlcə almaniyalı Erik Pfeyferə, 2-ci mərhələdə isə rusiyalı Maqomed Omarova məğlub olub.

Tamerlan Abdullayev isə dekabrın 20-də avstriyalı Markos Naderlə qarşılaşacaq. 24 yaşlı Nader də əvvəllər peşəkar boksla məşğul olub. O, 1-ci mərhələdə keniyalı Rayton Okviriyə, ötən ay isə litvalı Eimantas Stanionisə uduzub.

Hər iki görüş saat 19:00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində başlayacaq.

Qeyd edək ki, Məcidov noyabrda APB-də debüt edib və ukraynalı Sergey Verveykonu 2-ci raundda nokautla üstələyib. Tamerlan isə ilk döyüşündə macarıstanlı Qyula Katedən üstün olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30