20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Argentinalı məşqçi rəsmən Bakı klubunda!

“Lokomotiv” yeni mövsümün hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, digər rəqibləri ilə müqayisədə “dəmiryolçular”ın ilk transferi voleybolçu deyil, baş məşqçi olub. 

Belə ki, italiyalı mütəxəssis Covanni Kuçarinini istefaya göndərən komanda rəhbərliyi ona əvəzləyici də tapıb. Artıq yeni ildən komandanı meydana argentinalı Kladio Kuello çıxaracaq. Super Liqa tarixinə ilk argentinalı kimi düşəcək baş məşqçi ilə 2 illik müqavilə imzalanıb. 

Yeri gəlmişkən, bu, Azərbaycan voleybol tarixində yenilikdir. Birincisi, Bakı klubları heç bir məşqçi və ya voleybolçu ilə 2 illik anlaşmırlar. İkincisi, bütün komandalarımız oyunçuları transfer etdikdən sonra çalışdırıcılarını müəyyənləşdirirlər. “Lokomotiv”in belə qərarı isə komandanın xeyrinə olacaq. Çünki heyəti 55 yaşlı Kuello özü müəyyənləşdirəcək ki, ilin sonunda da nəticəsinə cavab verəcək. 

Kuellonun karyerasına gəlincə, təcrübəli mütəxəssis vətəni ilə yanaşı, ölkə xaricində də tanınıb. O, 2007-2009-cu illərdə Avstriya millisini, 2010-2012 İtaliyanın “Peruca” klubunun “sükanı arxası”nda olub. Son mövsümə isə A seriyasında “Modena”da başlayıb. 

Lakin klub maliyyə problemləri nəticəsində mövsümün gedişində bağlandığından “Pomi Kasalmaggiore”ni çalışdırmağa başlayıb. Kuello hazırda bu klubla A2 seriyasında pley-offda mübarizə aparır. 

Qeyd edək ki, qarşıdakı günlərdə “Lokomotiv”in səs-küylü transferləri gözlənilir




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30