19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Həkimlər Fariz Məmmədova rinqə çıxmağı qadağan etdi

Peşəkar boksçu Fariz Məmmədov noyabrın 29-30-da Bakıda keçiriləcək AİBA Pro Boxing turnirində iştirak etməyəcək. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, Məmmədov oktyabrda baş tutan ilk görüşdə Rusiya təmsilçisi Andrey Zamkovoya uduzmaqla yanaşı burnundan ciddi zədə alıb.

İlkin müayinədən sonra boksçunun 3 ay müddətində rinqə çıxmayacağı məlum olub. Farizin təkidindən sonra boksçu təkrar müayinə edilib. Yekun rəyə əsasən idmançıya rinqə çıxmaq qadağan edilib. Əks halda onun səhhətində ciddi problemlərin yaranacağı bildirilib. Peşəkar boksçu ən azı dekabrın ortalarına qədər rinqdə mübarizə apara bilməyəcək. Hazırda bərpa kursu keçən idmançı gələn ay təkrar müayinə ediləcək və bundan sonra onun rinqə qayıdacağı vaxt dəqiqləşəcək.

Burnunda cərahiyyə əməliyyatı keçirən Fariz Məmmədov hazırda aktiv məşqlərdə iştirak edə bilmir. Məhz bu səbəbdən onun ilin sonuna qədər rinqə qayıdacağı sual altındadır. AİBA Pro Boxing turnirinin ilk turunda uduzan boksçu ikinci görüşdə iştirak etməyəcəyindən yarışın finalına çıxmaq şansını itirir.  Bu isə Farizin AİBA Pro Boxing turnirində növbəti görüşlərə çıxmasını əhəmiyyətsiz edir.

Qeyd edək ki, AİBA Pro Boxing turnirində finala vəsiqə qazanan boksçular 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30