29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Fariz Məmmədov: “Məqsədim olimpiadaya vəsiqə qazanmaq və orada finalda mübarizə aparmaqdır”

Azərbaycanlı peşəkar boksçu Fariz Məmmədov AİBA Pro Boxing turnirində Rusiya təmsilçisi Andrey Zamkovoya məğlubiyyəti haqda danışıb. Futbolxeber.az saytına verdiyi açıqlamada Məmmədov deyib: “Zamkovoy 69 kq-da ən güclü boksçulardandır. Uca boylu idmançı 2006-cı ildən stabil çıxış edir. Mənə qarşı ağılla döyüşdü və qələbə qazandı. Döyüşə hazır deyilsənsə rinqə çıxmalı deyilsən. Bəhanə axtarmıram. Etiraf edirəm ki, Zamkovoy qələbə qazandı. Bununla belə gələcək haqda düşünürəm. Onunla revanş almaq barədə deyil, 2016-cı ildə Braziliya keçiriləcək olimpiadaya lisenziya qazanmaq barədə fikirləşirəm. Boksda məğlub olmaq, həm də döyülmək deməkdir. Rinqdə zərbələrdən qaçmaq, rəqibi nişan almaq asan deyil. Mən bu çətinliyə hər zaman hazır olmuşam. Ona məğlubiyyətdən sonra üzüm gülmür. Bilirəm ki, azarkeşlərə, dostlar və boks ictimaiyyətinə borcum var. Siz tezliklə yenidən gözlədiyiniz Farizi görəcəksiniz. Bir ay əzrində xəstə olduğum üçün görüşə istədiyim kimi hazırlaşa bilmədim. Bunu o görüşdən əvvəl desəydim başqa tərzdə anlaşılacaqdı. Amma xəstələndiyimə görə istədiyimi rinqdə göstərə bilmədim. O qədər ciddi xəstələnmişdim ki, hətta görüşə çıxmaq istəmirdim. Digər təmsilçimiz Məhəmmədrəsul Məcidov xəstələndiyinə görə görüşə çıxmadığından mənim başqa yolum yox idi. Mən döyüşməli idim. Azərbaycan belə mötəbər yarış keçirdir. Belə halda iki boksçu rinqə çıxmasaydı azarkeşlər tərəfindən düzgün qəbul edilməzdi. Məcidov döyüşəcəyi halda mən görüşə çıxmayacaqdım. Əgər hər ikimiz rinqdə olmasaydıq Azərbaycan azarkeşi yerli boksçuların döyüşünü izləməyəcəkdi. Xəstələyim adi məşqlərdə belə lazımi fəndləri yerinə yetirməyə mane olurdu. Buna baxmayaraq risk etdim”.

Andrey Zamkovoya məğlubiyyətdən sonra burnundan zədələnən Fariz Məmmədov hazırda müalicəsini davam etdirir. Həkimlər ona 3 ay ərzində rinqə çıxmağa icazə verməsə də, o noyabrın son günlərində AİBA Pro Boxing turnirində mübarizə aparmaq niyyətindədir: “Belə zədədən sonra 3 ay idmanla məşğul olmaq olmaz. Amma noyabrın 29-30-u ikinci turun görüşləri olacaq. İstəyirəm hazırlaşım və rinqdə əsl gücümü göstərim. Sadəcə həkimlər son qərarı verməyə tələsmir. Noyabrın 15-də son qərar veriləcək. Həkimlər icarə verməsə ikinci görüşdə iştirak edə bilməyəcəm. Çünki, onlar belə halda rinqə çıxmağın sağlamlığıma ziyan olduğunu bildirir”.

Karyerası barədə danışan Fariz Məmmədov ən böyük arzusunun olimpiya çempionluğu olduğunu dedi: “Zamkovoya uduzandan sonra belə fikrimdən daşınmadım. Əsas ölkəmiz üçün layiqli vətəndaş olmaqdır. Arzumuz isə dünya, Avropa və nəhayət olimpiya çempionluğudur. Əgər AİBA Pro Boxing turnirində alınmasa, digər turnirlərdə lisenziya qazanmağa çalışacam. 34 yaşım var və mən karyeramı başa vurmaq barədə düşünmürəm. Məqsədim olimpiadaya vəsiqə qazanmaq və orada finalda mübarizə aparmaqdır. Bilirəm ki, bu məqsəd çox çətindir. Amma bunun üçün gecə-gündüz məşq etməyə hazıram”.

Məlum səbəbdən 7 il boksla məşğul olmadığını deyən boksçu 2015-ci ildə artıq əvvəlki formasını tam bərpa edəcəyini söyləyib. Onun sözlərinə görə gələcəkdə azarkeşlər onu yenidən peşəkar rinqdə görmək imkanı qazanacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31