20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Azərbaycan təmsilçisi finiş xəttinə 2-ci gəldi

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun IV mərhələsinə start verilib. Futbolxeber.az-ın məlumatına görə, yürüşün bu hissəsi Qəbələdən start götürüb. Velosipedçilər İsmayıllını keçməklə Şamaxıya yürüş ediblər. Onlar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər. 
Yürüşün qalibi Lüksemburqun “Leipard-Trek” klubunun üzvü Yn Hirt olub. Finiş xəttinə Azərbaycanın “Synergy Baku Cycling Project” klubunun velosipedçisi Connor McConvey gəlib. 3-cü isə İspaniya yığmasının heyətindən Fernandes Rubio olub. 
Qeyd edək ki, 5 mərhələdən ibarət velotur sabah başa çatacaq. 146 km uzunluğu olan mərhələ Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30