19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Qəbələdə atıcılıq üzrə Dünya Kubokunun qalibləri müəyyənləşdi

Oktyabrın 23-27-də Qəbələdə Stend və Ox Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edib.

Bu il ərzində dünyanın müxtəlif ölkələrində 7 seçim mərhələsi (Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı (Qazaxstan) keçirilən yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə ən güclüləri müəyyənləşdirib. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunan yarışa dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq gəlib. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edib.

Yarışların ilk günündə qadın və kişilər pnevmatik tüfəngdən 10 və 25 metr məsafəyə atəş açmaq üzrə öz bacarığını nümayiş etdirib. Həmçinin, kişi və qadınlar arasında tapançadan 25 metr məsafəyə atəş açmaq və səngər stend atıcılığı üzrə yarışlar keçirilib. Bu yarışlarda Çin, İtaliya, Rusiya, Hindistan, Serbiya, Slovakiya, Avstarliya, ABŞ, Rusiya, Polşa, Monqolustan, Koreya, Meksika, Bolqarıstan və Sinqapurdan idmançıları iştirak edib.

Səngər stend atıcılığı üzrə qadınların yarışında Suzana Rehak Stefekova  (Slovakiya) birinci, Beaman Jo Janessa (ABŞ) ikinci, Caterine Skinner  (Avstraliya) üçüncü, pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında kişilər arasında Nazar Louginets (Rusiya) birinci, Niccolo Campriani (İtaliya) ikinci, Zhu Qinan (ÇİN) üçüncü yeri tutub.

Pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında qadınlar arasında Yi Siling (Çin) birinci, Andrea Arsoviç (Serbiya) ikinci, Şu Liuxi (Çin) üçüncü yeri tutub. Həmçinin, tapançadan 25 metr məsafəyə atəş açma yarışında isə qadınlar arasında Monika Karş (Almaniya) birinci, Gundegma Otryad (Monqolstan) ikinci,  Jingjing Zhang (Çin)  üçüncü yerə sahib çıxıb.

Güllə atıcılığındakı təmsilçilərimiz 25 m məsafəyə atəşaçmada hədəf önünə keçiblər. İradə Aşumova və Ruslan Lunyov müvafiq olaraq, 11 snayper arasında 11-ci və 12 idmançı arasında 9-cu olublar. Həmyerlilərimiz digər məsafələrə atışda iştirak etməyiblər.

Yarışların sonuncu günündə tüfəngdən 50 metr məsafəyə atəş açma yarışında kişilərdən Daniel Brodmeir (Almaniya) birinci, Sengbe Zao (Çin) ikinci, Henri Junqahenel (Almaniya) üçüncü olub.

Dairəvi stend atıcılığı üzrə yarışda qadınlardan Albina Şakirova (Rusiya) birinci, Meng Vei (Çin) ikinci, Danka Bartekova (Serbiya) üçüncü, kişilərdən Dii Cin (Çin), Azmy Mehelba (Misir), Aleksandr Zemlin (Rusiya) üçüncü yeri tutub.

Dairəvi stend atıcılığı üzrə yarışlarda Azərbaycanı təmsil edən “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Emin Cəfərov təsnifat yarışlarında Dünya Kuboku yarışlarının final mərhələsinə yüksəlib. İdmançımız final yarışlarında 5-ci yeri tutub. Qadınlardan isə Nurlanə Cəfərova 7-ci yerə çıxıb.

Kubok və medalların sayına görə aparılan komanda hesabında Rusiya yığması birinci, Çin idmançıları ikinci, Almaniya atıcıları üçüncü yerə çıxıblar.

Yarışların bağlanış mərasimində “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının, Beynəlxalq İdman Atıcılıq Federasiyasının və Avropa Atıcılıq Konfederasiyasının rəhbər şəxsləri iştirak ediblər. Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber yarışın yüksək səviyyədə təşkil edilməsinə görə “Qəbələ” İdman Klubunun və “Qəbələ” Atıcılıq Klubunun rəhbərlərinə diplom və medallar təqdim edib.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30