19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Fariz Məmmədov AİBA Pro Boxing turnirindən kənarlaşdırılır

AİBA Pro Boxing turnirində 69 kq-da çıxış edən Rusiya idmançısı Andrey Zamkovoya uduzan Azərbaycan boksçusu Fariz Məmmədov yarışdan kənarlaşdırılır. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, buna səbəb boksçumuzun Zamkovoyla keçirdiyi döyüşdə ciddi zədələnməsidir. Fariz Məmmədovun burnu iki yerdən sınıb və buna görə onun ən azı 2 ay məşq edə bilməyəcəyi gözlənilir. AİBA Pro Boxing turnirində isə boksçular hər ay bir döyüş keçirməlidir. Belə olan halda Fariz noyabrdakı görüşdə iştirak edə bilməyəcək və yarışda iştirakını dayandıracaq.

Fariz Məmmədov açıqlamasında zədəsinin ciddi olduğunu etiraf edib: “Burnum iki yerdən sınıb. AİBA həkimləri Zamkovoyla görüşü yarımçıq saxlamaq istəsələrdə buna imkan vermədim. Həkimlər 2-3 ay məşq edə bilməyəcəyimi söyləyir. Ona görə sizə dəqiq cavab verə bilməyəcəm. Amma noyabrdakı görüşə hazırlaşmaq mümkün olmayacaq. Yəqin ki, cari mövsüm lisenziya qazana bilməyəcəm. Gələn il bu məqsəd üçün çalışacam. 2016-cı ildə keçiriləcək olimpiadaya lisenziya qazanmaq ən böyük arzumdur.”

Boksçumuzdan fərqli olaraq Azərbaycan millisinin məşqçisi Nəriman Abdullayev xəbəri təsdiqləyib. Onun sözlərinə görə Farizin belə halda yarışması real görünmür: “Milli komandanın həkimi üstəlik AİBA nümayəndələri də boksçunun müalicəyə ehtiyacı olduğunu bilir. Farizin burnu sınıb. Belə halda o nəinki məşq, adi təmrinləri də yerinə yetirə bilməz. Ona görə boksçu turnirdə mübarizəni davam etdirməyəcək. Onu başqa boksçuyla əvəz etmək də mümkün deyil.”

Qeyd edək ki, Fariz Məmmədovdan əvvəl ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov xəstələndiyi üçün AİBA Pro Boxing turnirində iştirakdan imtina edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30