19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Fariz Məmmədov: “Məğlubiyyəti həzm edə bilmirəm”

AİBA Pro Boxing turnirində Azərbaycanı təmsil edən peşəkar boksçu Fariz Məmmədov ilk görüşdə Rusiya idmançısı Andrey Zamkovoya məğlub olmaqla çoxlarını təəccübləndirdi. Futbolxeber.az-ın məlumatına görə, 69 kq-da çıxış edən idmançımız sportpress.az saytına açıqlamasında 6 raundluq mübarizə haqda danışıb: “Zamkovoyun güclü olduğunu başa düşərək döyüşə maksimum dərəcədə yaxşı hazırlaşmağa çalışdım. Yol verdiyim səhvlərlə rəqibin qalib gəlməsinə kömək etdim. Əslində, görüşə yaxşı başlamışdım. Məşqçilərin tapşırıqlarını yerinə yetirməliydim. Sonradan Zamkovoy üstünlüy qazandı və nəticədə məğlum oldum. Belə nəticə mənə çox pis təsir edir. Azarkeşlər məndən qələbə gözləyirdi. Ona görə revanş barədə düşünürəm”.

Fariz Məmmədov məğlubiyyəti həzm edə bilmədiyini bildirib: “Məğlubiyyəti həzm edə bilmirəm. Mənim döyüşüm belə başa çatmamalıydı. Səhvlər üzərində işləyəcəyik və mən yenidən azarkeşləri sevindirəcəm. Bundan əvvəl Qəbələdə məğlub olmuşdum. İndi Bakıda uduzdum. Yerli azarkeşlər önündə hər zaman yaxşı nəticə qazanmağa çalışmışam. Amma bu dəfə alınmadı. Növbəti görüşlərdə qələbə qazanmaq üçün məşqlərdə yorulmadan çalışacam. Bundan sonra mənə istirahət yoxdur. Yalnız məşqlərlə məşğul olmalıyam. Özümə belə cəza təyin etmişəm - ancaq məşq etməliyəm.”

Boksçu görüşü idarə edən hakimin 4-cü raundun sonunda döyüşü saxlamaq istədiyini söyləyib. Buna səbəb Farizin burnundan axan qan olub: “Burnumdan aldığım zərbədən sonra hakim görüşü saxlamaq istəyirdi. Amma buna imkan vermədim. 5-ci raundun əvvəlində isə AİBA tərəfindən təyin olunan həkim mənə belə şəraitdə döyüşə bilməyəcəyimi dedi. Bununla belə ondan görüşü davam etdirməyə icazə verməsini xahiş etdim. Son raundlarda mübarizə aparmaq çox çətindi. Bununla belə məğlubiyyətdə özüm günahkaram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30