29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Məhəmmədrəsul Məcidov rinqə çıxmaqdan imtina etdi

Boks üzrə ikiqat dünya çempionu, London Yay Olimpiya Oyunlarının bürünc medalçısı Məhəmmədrəsul Məcidov AİBA-nın təşkil etdiyi olimpiadaya lisenziya xarakterli Pro Boxing turnirində iştirakdan imtina edib. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, təcrübəli boksçu xəstələndiyini əsas gətirərək rinqə çıxmaqdan imtina edib. Oktyabrın 24-də Bakıda təşkil olunacaq boks yarışında Məcidov 91 kq-dan yuxarı çəkidə Mihay Nistroyla qarşılaşmalı idi. İdmançımız yarışdan imtina etdikdən sonra AİBA onun yerinə alman idmançını iştirakçıların siyahısına daxil edib.

Qeyd edək ki, AİBA-nın bu ildən keçirdiyi peşəkar boks yarışında ümumilikdə 10 çəki dərəcəsində 8 idmançı iştirak edir. Turnirin finalçıları 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Məcidovun imtinasından sonra Azərbaycanın yarışda iki təmsilçisi qaldı. Ölkəmizin adından mötəbər yarışda dünya çempionu Cavid Çələbiyev (56 kq) və Fariz Məmmədov (69 kq) iştirak edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31