19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Azərbaycanlı alpinist Himalay dağlarında həlak oldu

Azərbaycanın Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu bu gün Himalay dağlarında faciəvi şəkildə həlak olub. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, bu haqda Nepal KİV-ləri xəbər yayıb. Məlumatda deyilir ki, Murad Aşurlu Himaya dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğrayıb: “Bu gün dağdan enərkən alpinistlərdən biri xəbərsiz itkin düşüb, o, 42 yaşlı azərbaycanlı Murad Aşurludur”.

Bildirilir ki, “7 zirvə” kommersiya ekspedisiya qrupuna daxil olan Aşurlu səkkiz digər iştirakçı ilə birlikdə Ama Dablam dağının zirvəsinə uğurla qalxıb.

Lakin geri qayıdanda faciləli hadisə baş verib. Xəbərdə deyilir ki, Muradın qardaşı, Azərbaycanın Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili Nepala uçub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30