20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Fabiano Karuana: “Teymurla Şəhriyara həsəd aparırdım”

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin qalibi İtaliya təmsilçisi Fabiano Karuana turnirin yekunuyla bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb. Futbolxeber.az-ın məlumatına görə, italyan şahmatçı vaxtı ilə Teymur Rəcəbovla Şəhriyar Məmmədyarova həsəd apardığını bildirib: "Qran-Prinin təşkilatçılığı yüksək səviyyədə idi. Bütün təşkilatçılara təşəkkür edirəm. İstirahət günündə Bakıyla yaxından tanışmaq olmaq imkanı qazandım. Bu şəhər mənim xoşuma gəlir. Həm gözəldir, həm də mənim oyunum Bakıda alınır. Əgər şahmatçının oyunu alınırsa deməli şəhər ona düşür. Qran-Pridə qələbə qazanmaq xoşdur. Amma nəticə əldə etmək çox çətin oldu. Rəqabət çox yüksək idi. Hər bir görüşdə məğlubiyyət və ya qələbə mümkün idi. Hər bir rəqib maksimum nəticəyə oynayırdı. Məğlub olduğum görüşlər mənə turnirdə qələbə qazanmağa kömək etdi. Tez toparlandım. İlk turlarda çoxlu sayda qələbə şanslarımı - üstünlükləri boşa verdim. Sonra qələbə qazandım. Məğlubiyyətlərin olmağını istəməzdim,amma qaçılmaz oldu. Əsas məqsəd Qran-Pridən iddiaçılar turnirinə vəsiqə qazanmaqdır. Sonra isə dünya çempionluğu matçı barədə düşünmək olar. Fikrimcə mən Bakıda bütün potensialımı göstərə bilmədim. Bir neçə partiyada yolverilməz səhvlər etdim. Əlavə göstəricilərə görə 1-ci olsamda, özümü qələbəyə layiq hesab etmirəm. Daha yaxşı oyunla şəriksiz lider ola bilərdim."




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30