19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Şəhriyar Məmmədyarov: “Beş ballıq sistemlə özümə 2+ verərdim”

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Bakıda keçirilən Qran-Pri turnirinin yekunlarıyla bağlı jurnalistlərin suallarına cavab verib. Futbolxeber.az-ın məlumatına görə, Məmmədyarov çıxışının uğursuz alındığını gizlətməyib: "Çıxışıma qiymət vermək çətindir. Beş ballıq sistemlə özümə 2+ verərdim. İlk 4 turda çox zəif oynadım. Son 7 turda özümə gəldim. Gelfand üzərində qələbə gözəl oyunla yadda qaldı. Nakamurayla partiyada heç-heçə istəmirdim, yalnız sonda razılaşdım. Qələbə qazanmaq yollarını axtarırdım. Üzərimdə çox çalışmalıyam. İstəmirdim Şəmkirdəki nəticəm təkrarlansın. Axı orada pis oynamışdım. Ona görə son turlar daha inamlə oynamağa çalışdım. Bu yarışdan sonra bir qədər istirahət edəcəm. Sonra Qran-Prinin ikinci mərhələsində iştirak etmək üçün Özbəkistana yollanacam. Eyni şahmatçılarla orada daha çətin mübarizəmiz olacaq. Mövqeyimi möhkəmlətmək üçün çalışmalıyam. Bir neçə il əvvəl 2757 reytinqlə dünyada 4-cü yerdə idim. İndi bu reytinqlə ilk onluğa düşmək olmur. Bir qədər sonra artıq reytinqi 2800 olmayana pis baxacaqlar. Ona görə hər ikimiz - həm mən, həm Teymur 2800-ə yaxınlaşmağa çalışacam. Hər ikimiz bu rekorda yaxınlaşmışıq. Yenidən bu istiqamət üçün çalışmalıyıq. Növbəti dəfə iddiaçılar turnirində iştirak etmək üçün üzərimdə işləməliyəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30