20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Teymur Rəcəbov: "Rəqibin debütündən sonra yaxşı vəziyyət almadım"

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirində 8-ci turda Teymur Rəcəbov Yevgeniy Tomaşevskiylə heç-heçə oynayıb. Futbolxeber.az-ın məlumatına görə, partiyadan sonra Rəcəbov jurnalistlərin suallarına cavab verib: "Rəqibin debütündən sonra yaxşı vəziyyət almadım. Əlbəttə, vəziyyətləri təhlil etmişdim. Belə vəziyyətlərdə çox oyunlarım olub. Heç-heçə bu oyun üçün normal nəticədir. Fikrimcə hələlik turnir cədvəli haqda danışmaq düzgün deyil. Qarşıda 3 tur var. Üstəlik Qran-Prinin digər iki mərhələsində də oynayacam. Yalnız sonda iddiaçılar turnirinə yollanan şahmatçıların adı məlum olacaq”.

Yevgeniy Tomaşevskiy isə nəhayət Bakı Qran-Pri turnirində ilk qələbəsini qazanmaq arzusunda olduğunu deyib: "Turnirdə ancaq heç-heçə oynayıram. Ona görə bu gün qələbə qazanmaq istəyirdim. Heç-heçələrim çoxdur. Bir vacib gedişə ehtiyac var idi. Həmin gedişi tapa bilmədim. Müxtəlif gedişlər var idi. Sadəcə düzgün yolu tapmaq lazım idi. Təəssüf ki, lazımi çıxış yolu tapılmadı. Heç-heçə normal nəticədir. Son turlarda nəhayət qələbə qazanmağa çalışacam”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30