Digər idman növləri
"Şəhriyar Məmmədyarova psixoloqa müraciət etməyi məsləhət görərdim"
Şahmat üzrə Veyk-An-Zee turnirinin ikiqat qalibi, olimpiada və Avropa çempionatının iştirakçısı, FİDE-nin əməkdar məşqçisi Gennadi Sosonko Bakıda keçirilən Qran-Pri turnirini izləmək üçün Azərbaycana gəlib. Mütəxəssis Qran-Prinin mətbuat xidmətinin suallarına cavab verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Sizi yenidən Azərbaycanda görməkdən məmnunuq. Qran-Prinin ilk turları haqda fikrinizi bilmək maraqlı olardı. İlk turlarda şahmatçılar sülhsevərliyi ilə diqqəti cəlb etdi....
- Bakı hər zaman gözəl olub. Bu dəfəki səfərimdə yenə dəyişdiyini və daha gözəlləşdiyini gördüm. Bu ilin yazında Şəmkirdə Vüqar Həşimovun xatirə turnirində iştirak etmişəm. Ona görə Azərbaycanda şahmata olan diqqət məni təəccübləndirmir. Sizin ölkədə şahmatı sevirlər və onu oynamağı bacarırlar. Təşkilatçılıq yüksək səviyyədədir. Bütün partiyalardan canlı yayım təqdim edilir. Oyunlara gəldikdə Qran-Pri 4 mərhələdən ibarətdir. İlk mərhələ Bakıda keçirilir. Ola bilər, şahmatçılar risk etməyə tələsmirlər. Amma son turlar çox maraqlı olacaq. Şahmatçılar liderlik uğrunda əsl mübarizəyə başlayacaq. Qran-Pridə iştirak edən hər bir şahmatçı iddiaçılar turnirinə yollanmaq uğrunda yarışmalıdır. Əks halda iştirak etmək mənasız olar. Təkcə heç-heçələrlə iddiaçılar turnirinə yollanmaq mümkün deyil. Qələbə hər bir şahmatçıya vacibdir.
- Azərbaycanlı şahmatçıların çıxışı barədə nə deyə bilərsiniz?
- 6-cı tura qədər Teymur Rəcəbov bütün görüşlərini heç-heçəylə başa vurub. Şəhriyar Məmmədyarov 2 görüşdə uduzub. Əlbəttə, siz soruşsanız ki, hansının mövqeyi yaxşıdır mən Teymuru göstərərəm. Çünki, 50% nəticə yaxşıdır nəinki 2 dəfə məğlub olmaq. Məşhur Fişerin belə sözü var. Bilirsiniz ki, o güzəştsiz mübarizəylə yadda qalıb. Fişer deyib - şahmatda heç-heçə oynamaq faciə deyil, faciə partiyanı xilas edə bilməyərək məğlub olmaqdır. 6-cı turda Rəcəbov Qrişuka qalib gəldi və mövqeyini yaxşılaşdırdı. Hər iki şahmatçıdan növbəti turlarda uğur gözləyirəm. Hərçənd fikrimcə Şəhriyar üçün vəziyyəti düzəltmək çətin olacaq.
- İki görüşdə məğlub olduğu üçün deyirsiniz?
- Əgər Şəhriyar turniri mənfi nəticə olmadan başa vursa mən yalnız sevinəcəm. İki görüşdə məğlub olub. Bu görüşlərin əvəzini çıxmaq üçün 2 qələbə lazımdır. Bu heyətlə mübarizə aparmaq asan deyil. Qran-Pridə zəif şahmatçı yoxdur. Ona görə onu mənfi olmadan başa vurmaq normal nəticə sayılacaq.
- Teymur Rəcəbov artıq bir müddətdir ki, Vladimir Çuçelovla işləyir. Çuçelov Fabiano Karuanayla yüksək nəticələr əldə edib. Bu mənada Teymurdan gələcək yarışlarda daha böyük uğur gözləmək olar?
- Çuçelovun böyük məşqçi olması hamıya məlumdur. Bu barədə şübhəmiz yoxdur. Ancaq şahmatçıdan çox şey asılıdır. Hər bir amili məşqçiylə əlaqələndirmək olmaz. Şahmatçıdan böyük həvəs, istək və gərgin məşqlər tələb olunur. Teymur gəncdir və fikrimcə ən böyük uğurları qarşıdadır. O, artıq atadır, onun qızı var. Yəni, müəyyən baryerləri keçib. Qran-Priyə gəldikdə Rəcəbov bütün partiyaları bərabər səviyyədə oynayıb. Hətta üstün durumda olduğu görüşləri də izləmişik. Deməli, son nöqtəni qoymaq lazımdır. Ona görə nəticələr özünü çox gözlətməyəcək.
- Məmmədyarov onun üçün Bakıda oynamağın çətin olduğunu deyib. Bəlkə psixoloji cəhətdən problem var?
- Şəhriyarın dediyi sözlər həqiqətdir. Şəmkirdə olanda da onun zəif oyununu izlədik. Məmmədyarovun oyunu doğma ölkədə alınmır. Hər halda şahmat futbol deyil. Burada doğma divarlar o qədər kömək etmir. Azərbaycanda keçirilən yarışlarda yaxınları, qohumları onu izləyir. O, istəyir daha yaxşı nəticəylə onları sevindirsin. Təəssüf ki, əksi baş verir. Bu məqamda Korçnoy deyərdi ki, Şəhriyara psixoloqla işləməyi məsləhət görərdim. Korçnoy ən yaxşı vaxtlarında psixoloqla çalışıb. İnsana özünəinamı artırmağa kömək edir. Burada pis heç bir şey yoxdur. Şəhriyar emosional insan və şahmatçıdır. Onun zala daxil olması və oyunda özünü aparması dediklərimi sübut edir. Şəhriyarın səviyyəsində şahmatçı üçün xırdalıq olmur. Əgər psixoloq ona yarım xal artırmağa imkan versə belə bu karyerasında dönüş yaradacaq.
- Kişi şahmatçılardan ibarət Azərbaycan millisi iki dəfə Avropa çempionu olub. Hələlik olimpiadada medal qazana bilmirik....
- Sizin şahmatçıları çox yaxşı tanıyıram. Son olimpiadada əsl mübarizə sərgilədilər. Xalifmanın rəhbərliyi altında oyunları yaxşı alınır. Sonda əlavə göstəricilərə görə 5-ci oldular. Xal hesabına görə 2-ci yerli eyni toplamışdılar. Bu mənada Azərbaycan millisindən növbəti olimpiadada daha yaxşı nəticə gözləmək mümkündür. 2016-cı ildə keçiriləcək olimpiadada şahmatçılarınız mükafatçılar sırasında yer ala bilər. Mən onlardan əsl mübarizlik gözləyirəm. Olimpiadada sona qədər mübarizə aparmaq lazımdır. Medal olsa lap yaxşı, olmasa belə əsas gözəl oyun sərgiləməkdir. Unutmayaq ki, son olimpiadada komandanız reytinqcə 8-ci idi, amma 5-ci oldu.
- Bakıda keçiriləcək Dünya Kuboku və şahmat olimpiadasında Ermənistan komandasının iştirak edib-etməyəcəyi məlum deyil. Sizcə onlar Bakıya gələcək?
- Azərbaycan və Ermənistan arasında məlum problem 25 ildən artıqdır davam edir. Ermənistan şahmatçılarının Azərbaycana gəlməsi məsələsi yəqin ki, ən yuxarı səviyyədə müzakirə olunacaq. Bu məsələni kapitan və ya şahmatçı həll etmir. Mən istərdim ki, Ermənistan yığması həm Dünya Kuboku, həm də şahmat olimpiadasında iştirak etsin. Güləş, boksdan fərqli olaraq şahmat turnirləri heç olmasa iki həftə davam edir. Ona görə bu idman növlərini müqayisə etmək istəməzdim. Hansı qərarı qəbul edəcəklərini deyə bilmərəm. Amma əminəm ki, Azərbaycan bu yarışı yüksək səviyyədə təşkil edəcək.
- Şəhriyarla Teymurdan sonra Azərbaycan şahmatçıları reytinqi 2700-ə çatdıra bilmir. Qədir Hüseynov, Eltac Səfərli, Rauf Məmmədov uzun illərdir reytinqlərini yüksəltməkdə çətinlik çəkir. Millimizin sabiq kapitanı Zurab Azmayparaşvilinin fikrincə nəticə qazanmaq üçün gərək həyatını şahmata qurban verəsən. Bu fikirlə razısız?
- Azmayparaşvilinin sözündə həqiqət var. Onun fikriylə razılaşmaya bilmərəm. Ancaq şahmatçıları müdafiə etmək istərdim. 26-27 yaşlı gənc üçün həyatını yalnız şahmata - piyada, vəzir, top fiqurlarına və taktikaya həsr etmək çox çətindir. Demək asandır, amma çox çətindir. Azərbaycan şahmat həyatıyla tanış deyiləm. Bəlkə, adını çəkdiyiniz şahmatçılardan başqa daha istedadlı gənclər var. Onlar daha çox işləməklə reytinqini artıra bilər.
- Azərbaycan şahmatçılarının əsas hədəfi şahmat tacını Bakıya gətirməkdir. Sizcə Maqnus Karlseni azərbaycanlı şahmatçılardan kimsə dayandıra bilər?
- Alman Emanuel Lasker dünya çempionu olduğu müddətdə Alyoxin demişdi ki, gərək Kapablankayla matça hazırlaşım. Ondan soruşurlar ki, axı dünya çempionu Laskerdir. O, cavab verir ki, Kapablanka gələcək çempiondur. Nəticədə Alyoxin Kapablankaya qalib gələrək çempion oldu. İndi Maqnus Karlsenə və ya Fabiano Karuanaya qarşı hazırlaşmaq lazım deyil. Əvvəlcə Qran-Pridə, sonra iddiaçılar turnirində qalib gəlmək lazımdır. Nə vaxt qabağına Karlsen və ya Karuana çıxacaq onda onlarla mübarizə aparmaq gərəkdir. Potensialı düzgün istifadə etmək vacib amildir. Şahmatçı düşünməlidir ki, şahmat tacıyla Vətənə gəlsə bütün xalq onu qarşılayacaq. Bu, qələbə onun həyatını dəyişəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- ETOPAZ: Məsləhət bizim, qazanc sizin
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü
-
19:21
Azərbaycan çempionu məlum oldu
-
19:00
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi: “Pul alırıqsa, haqqını verməliyik”
-
18:17
Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar
-
17:55
Boksçumuz ermənini məğlub etdi
-
17:24
II Liqada oyunların vaxtı məlum oldu
-
17:03
“Sumqayıt” - “Qarabağ” oyununun biletləri satışda
-
16:48
"Cəbrayıl" - "Bakı Sportinq" matçında tək qol VİDEO
-
16:32
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
-
16:19
“Kür” liderlə xal fərqini minimuma endirib
-
15:56
I Liqada 24-cü turun oyun cədvəli
-
15:41
“Bakı Sportinq”dən çempionluq yolunda vacib qələbə
-
14:27
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının saatı bilindi
-
14:03
Azərbaycan Basketbol Liqası: Son turunun proqramı müəyyənləşib
-
13:34
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
-
13:15
Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu yerdə bitirdi
-
12:58
"Atletiko"dan gözlənilməz məğlubiyyət VİDEO
-
12:40
Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”
-
12:26
"Bayer" 90+8-də məğlubiyyətdən qaçdı VİDEO
-
12:19
Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb
-
11:51
Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub
-
11:37
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar
-
11:24
“Yurqorden” rəsmisi Qurbanlının klubdan gedişi barədə: “Ayrılmaq istədiyini deməyib”
-
11:05
"Səbail" və "Zirə"dən yubiley qələbəsi
-
10:53
Ağabala Ramazanov qayıdışından, avrokuboklardan və qızının açdığı pankartdan danışdı
-
10:42
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək