19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Teymur Rəcəbov: “Üstünlüyü sona qədər saxlaya bilmədim”

Şahmat üzrə Bakıda keçirilən Qran-Pri turnirində Teymur Rəcəbov Kuba təmsilçisi Lenyer Domingeslə heç-heçə oynayıb. Futbolxeber.az-ın məlumatına görə, hər iki şahmatçı mətbuat konfransında partiya haqda danışıb.

Teymur Rəcəbov: "Bütün gedişləri hesablaya bildim. Üstünlük qazanmaq üçün müəyyən gedişləri yerinə yetirdim. Heç-heçə imkanı var idi. Amma o gedişlərdən yayınmağa çalışdım. Ağ fiqurların qaralara qarşı kəskin hücum reallaşdırmağı görünmürdü. Bununla belə maraqlı oyun alındı. Üstünlüyü sona qədər saxlamaq mümkün olmadı. Üstünlük itiriləndən sonra partiya heç-heçəyə gedirdi”.

Lenyer Dominges: "Vəzirlə gedişlər etdim. Rəqibin üstünlüyü partiyanın əvvəlində hiss olunurdu. Bununla belə üstünlük sona qədər qorunmadı. Mənim üçün turnirdə ən maraqlı partiya oldu. Ağ fiqurlar vəziyyətdən üstün istifadə edə bilmədi. Bütün gedişləri hesabladım. Sözün əsl mənasında bu partiyadan zövq aldım. Oyun bir neçə istiqamətə yönələ bilərdi. Heç-heçə yaxşı və oyuna uyğun nəticədir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30