20 May 2019, Bazar ertəsi
Mxitaryan Bakıya gətirilmir
Millimizin heyəti açıqlandı
“Keşlə” 13 futbolçuyla vidalaşdı
“Qalatasaray” kuboka sahib çıxdı

Digər idman növləri

Şəhriyar Məmmədyarov: “Kaş ki işıqforda daha 1 dəqiqə qalıb, texniki məğlubiyyətlə uduzardım”

Şəhriyar Məmmədyarov Bakıda keçirilən FİDE Qran-Prisinin ikinci turunda Pyotr Svidlerə məğlub olması haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli qrossmeyster partiyanın gedişində kobud səhvə yol verdiyini etiraf edib: “Maraqlı partiya alındı. Hər şey heç-heçəyə doğru gedirdi. Lakin sona yaxın kobud səhvə yol verdim. Ani diqqətsizliyin qurbanı oldum. Sona 2-3 gediş qalmış etdiyim kobud səhv məğlubiyyəimə gətirib çıxardı. Belə səhv edəcəyimi gözləmirdim”.

Məmmədyarov partiyanın başlamasına cəmi 1 dəqiqə qalmış zala daxil olmasına belə aydınlıq gətirib: “Vaxtı ölçmüşdüm. Lakin işıqforda həddindən artıq çox vaxt itirdim. 2 dəqiqə qırmızı ışıqda dayanmalı oldum. Halbuki bu qədər çox olacağını gözləmirdim. Ona görə də cəmi 1 dəqiqə qalmış zala daxil oldum. Oyunda isə kobud səhvə yol verməklə məğlub oldum. Kaş ki, daha bir dəqiqə işıqforda qalıb, texniki məğlubiyyət alardım. Belə uduzmaqdansa, oynamamayıb uduzmaq daha yaxşıdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31





Click to Visit