29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Artıq digər yığmalar Azərbaycanla hesablaşır”

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Jose Miguel Mateus affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müshaibəni təqdim edir:

- Avqustun 28-dən 31-dək Jumeirah Bilgah Beach otelinin çimərlik futbolu meydançasında Çimərlik Futbolu üzrə Avropa Kuboku - Bakı 2014 ( Europen Beach Soccer Cup - Baku 2014 ) turniri keçiriləcək. Bu məqsədlə milli komanda sizin rəhbərliyiniz altında avqustun 21-dən təlim-məşq toplanışına yığışıb. Yarışa hazırlıq necə gedir?

- Bu təlim-məşq toplanışının əsas məqsədi 2 yarışa hazırlaşmaqdır. Birincisi 3 gün sonra Bakıda start götürəcək Çimərlik Futbolu üzrə Avropa Kuboku turniri, digəri isə dünya çempionatının seçmə mərhələ oyunlarıdır. Əslində, hazırlığımız 2 ay əvvəl başlayıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Çimərlik Futbol Fererasıyasının rəhbərliyini bu böyük yarışın Bakıda təşkilinə nail olduqları üçün təbrik edirəm. Turnirdə A divizionunda yer alan 5 komanda iştirak edəcək. Bildiyiniz kimi, bizim milli komanda B divizionunda qərarlaşıb. Məqsədlərimizə nail olmaq, inkişaf etmək üçün gərəkli bir turnirdir. Böyük komandalarla görüşdə nəyə qadir olduğumuzu görmək üçün yaxşı fürsət əldə etmişik. Məqsədimiz milli komandanı daha hazır vəziyyətə gətirmək və inkişaf etdirməkdir. Bu yarış, eyni zamanda, Azərbaycanda çimərlik futbolunun inkişafı və ölkəmiz üçün yaxşı reklamdır.

- 1-ci qrupda yer alan milli komandamız İsveçrə və Yunanıstan yığmaları ilə mübarizə aparacaq. Bu rəqiblər haqda nə bilirsiniz?

- Hər iki komanda cox güclüdür. Həm İsveçrə, həm də Yunanıstan A divizionunda yer alan komandalardır. İsveçrə millisi çimərlik futbolunda dünyanın 5 ən yaxşı komandasından biridir. Yunanıstan yığması futbolun bu növündə ən təcrübəlilərindən hesab olunur. Əlbəttə, əsas məqsədimiz bu səviyyədəki rəqiblərə qarşı layiqli mübarizə aparıb oyunumuzu mərhələ-mərhələ inkişaf etdirməkdir. Digər qrupda isə Dünya və Avropa çempionu olan Rusiya komandası yer alıb. Həmçinin Avropanın vitse-çempionu İspaniya və A divizionuna yüksəlmiş Macarıstan yığması mübarizə aparacaqlar. Milli komandamız, futbolçularımız üçün yaxşı haldır ki, belə güclü yığmalara qarşı oynayacaqlar.

- Yığmamız sonuncu dəfə İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Superfinalında mübarizə aparıb və yekunda 3-cü yerə sahib olub. Bu turnirdə komandamız necə təsir bağışladı, futbolçularda nə kimi çatışmazlıqlar müşahidə etdiniz?

- Həmin turnirə çox yaxşı hazırlaşmışdıq. 4 oyunun yalnız birində məğlub olduq. Uduzduğumuz komanda A divizionunda yer alan Polşa yığması idi. Bu yarışda, Macarıstan yığmasını çıxmaq şərtilə, B divizionunun ən yaxşı komandalarına qarşı mübarizə apardıq. Macarıstan yığması da məhz İspaniyadakı Avropa superfinalından sonra A divizionuna yüksəldi. Yekunda 3-cü yeri tutduq. Bu da B divizionunda 3 ən yaxşı yığmadan biri olduğumuzu göstərir. Oyunlara gəlincə, düzgün təşkilatlanmış komanda təsiri bağışladıq. Artıq digər yığmalar bizə yuxarıdan aşağı baxmırlar. Bizimlə hesablaşırlar. Bakıda təşkil olunacaq Avropa Kubokunda Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq.

- Evdə oynamağımızı milli komanda üçün üstünlük hesab etmək olarmı?

- Nəinki çimərlik futbolunda, digər idman növlərində də meydan sahibləri nisbi üstünlüyə malik olurlar. Meydançaya daha yaxşı bələd olmaq, azarkeşlərimizin dəstəyi, yaxınlarımızın oyunu izləməsini xüsusi amillərdir. Əlbəttə, bu sadaladıqlarımız məsuliyyətimizi daha da artırır.

- Bildiyiniz kimi, gələn il ilk dəfə təşkil olunacaq Avropa Oyunları ölkəmizdə keçiriləcək. 19 idman növü üzrə təşkil olunacaq Avropa Oyunlarına çimərlik futbolu da daxildir. Yarışın hazırlıq planı müəyyənləşdirilibmi?

- İlk dəfə keçiriləcək Avropa Oyunlarının Bakıda təşkil olması Azərbaycan üçün böyük uğurdur. Çox əhəmiyyətli yarışdır. O vaxtadək daha çox beynəlxalq səviyyəli oyunlar keçirməliyik, turnirlərdə iştirak etməliyik. Futbolçularımızın yaxşı səviyyəsi var, ancaq bunu artırmaq üçün böyük komandalarla qarşılaşmalıyıq. Son 2 ayda yüksək səviyyəli yarışlarda iştirak etmişik. Moskvada Avropa Liqasında, İspaniyada isə Superfinalda mübarizə aparmışıq. İndi isə Bakıda Avropa Kubokunda qüvvəmizi sınayacağıq. Bu yarışdan sonra İtaliyada Dünya Çempionatının seçmə mərhələsinin oyunları olacaq. Əlbəttə bu cür yarışlar komandamızın daha da inkişafına təkan verir. Dayanmaq lazım deyil. Təcrübəmizi artırmaq üçün daha çox oyunlar keçirməliyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31