25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Leyla Əliyeva və Tale Heydərov boks yarışında

Avropa Azərbaycan Cəmiyyəti (AAC) və Böyük Britaniyada fəaliyyət göstərən “Mo Farah” xeyriyyə fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Qaçqınlar Günü münasibətilə Londonun “York Hall Leisure Centre” arenasında boks üzrə xeyriyyə matçı və qala-gecə keçirilib.
 
Futbolxeber.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" futbol klubunun prezidenti Tale Heydərov və xanımı da iştirak edib.
 
Tədbir dünyada və Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərini beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamaq məqsədi ilə təşkil edilib.
 
“Qəbələ” İdman Klubu prezidentinin müşaviri Toni Adams və məşhur boksçu Darren Barkerin birgə əməkdaşlığı ilə baş tutmuş yarışda Azərbaycanın “Qəbələ” İdman Klubunun boksçuları ilə İngiltərənin “Repton” Həvəskar Boks Klubunun idmançıları qarşılaşıb.
Xeyriyyə matçından toplanacaq vəsait qaçqın və məcburi köçkünlərin ehtiyaclarına sərf ediləcək.
 
Tədbir çərçivəsində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkününün problemlərindən bəhs edən broşürlər paylanıb. Qeyd olunmuşdur ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul edib, lakin onlar hələ də icra olunmur.
 
Tədbirin təşkilatçıları qonaqları AAC-ın təşəbbüsü ilə Azərbaycanın qaçqın və məcburi köçkünlərinə dəstək vermək üçün təşkil olunmuş “Many Happy Returns” adlı kampaniyaya qoşulmağa çağırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30