24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Rəcəbov İvançuka qarşı

 

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində II turun oyunları keçiriləcək. Futbolxeber.az xəbər verir ki, qrossmeysterimiz Teymur Rəcəbov bu dəfə Vasili İvançukla görüşəcək. 
Ukraynalı rəqibinə qarşı ağ fiqurlarla oynayacaq təmsilçimiz turnirdə ilk qələbəsini qazanmağa çalışacaq. Rəcəbov bütün oyunları heç-heçə bitən ilk turda israilli Boris Gelfandla xalı yarı bölmüşdü.

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq

II tur

Teymur Rəcəbov (Azərbaycan, 2793) - Vasili İvançuk (Ukrayna, 2757) 

Maqnus Karlsen (Norveç, 2872) - Vladimir Kramnik (Rusiya, 2810)

Aleksandr Qrişuk (Rusiya, 2764) - Petr Svidler (Rusiya, 2747) 

Levon Aronyan (Ermənistan, 2809) - Boris Gelfand (İsrail, 2740)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30