Digər idman növləri
Fariz Məmmədov: “İlk döyüşdəki məğlubiyyətdən sonra Pelk ən dəyərli rəqibim oldu”
Azərbaycanı peşəkar rinqdə təmsil edən Fariz Məmmədov Avropa çempionu kimi vətənə döndü. İlk görüşdə zədə səbəbilə mübarizəni dayandırmağa məcbur olan boksçumuz Mattias Pelklə revanş görüşündən qalib ayrılaraq WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib çıxdı. Qələbə təəssüratlarını Simsar.az-la bölüşən Avropa çempionumuz gələcək planlarından danışıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Əvvəla, sizi qələbə münasibətilə təbrik edirik. Təəssüratlarınız necədir?
- 9 aydır, bu görüşlə yaşayırdım. Çünki Mattiasla Qəbələdəki görüşdən əvvəl də ciddi məşq prosesi keçmişdim. Ötən ilin avqust ayından həmin görüşə hazırlaşmağa başlamışdım. Dekabrdakı uğursuz çıxışdan sonra da revanş üçün hazırlaşmağa başladım. Bu döyüşlə yatıb-qalxırdım. Bu müddətdə dost-tanışdan, ailəmdən uzaq düşdüm.
Döyüşə mükəmməl hazırlaşmışdım. Lakin ilk raundda qaşımdan aldığım zədə məni həyəcanlandırdı. Çünki Pelk çox təcrübəli boksçudur və o, bu zədəmdən istifadə edə bilərdi. Hazırda isə xoşbəxtəm. Ona görə ki, Pelki təslim olmağa məcbur etdim. Xoşbəxtəm, ona görə ki, peşəkar boksda WBO versiyası üzrə Avropa kəmərini qazanan ilk azərbaycanlı oldum. 2004-cü ildə “Intercontinental” çempionluğa yiyələnmişdim və böyük fasilədən sonra ondan da yaxşı titula sahib çıxdım. Boksda bu günə arzu etdiyim nailiyyəti əldə etdim.
- Qələbə üçün həlledici məqam hansı oldu?
- Mattias Pelk məni aqressiv boksçu kimi tanıyırdı. Həmişə yaxın məsafədə döyüşmüşəm. Amma bu dəfə Mattias Pelk məni tanımadı. Onun qarşısına fərqli taktikada çıxdım. Mən onu çiynindən nakauta saldım. O, boyca məndən hündür idi və əlləri uzun idi. Bu da mənə onun başına zərbə vurmağa çətinlik yaradırdı. Ona görə, qərar vermişdim, çiyninə ağrıdıcı zərbələr vurum. 4 raund ərzində istədiyim kimi döyüşdüm. Başına da zərbələr endirdim. Pelkin sifətinin, əsasən, sol nayihəsinə gözəl zərbələr vurdum. Daha sonra küncdə oturarkən Pelkin əli ilə hakimlərə mübarizəni davam etdirə bilməyəcəyi ilə bağlı işarə etdiyini gördüm. Məşqçi heyətim və mən emosiyalara qapıldıq. Sevinirdik... Artıq əlimə bayraq da almışdım. Bir az sonra rinq hakimi yaxınlaşıb dedi ki, oyun davam edir, döyüşə hazırlaş. Nələrin baş verdiyi anlamadım. Amma Pelkin də döyüşmək istəmədiyini görürdüm. Çiynini işarə edərək deyirdi ki, davam edə bilməyəcək.
- Görüşdən sonra məlum olub ki, Pelkin çiynində ağır zədəsi var və o, əməliyyat olunmalıdır. Sonradan onun səhhəti ilə maraqlandınızmı?
- Biz idmançıyıq. Yalnız rinqdə rəqib oluruq. Necə ki, mən buradakı döyüşdə uduzanda o mənə yaxınlaşıb təsəlli etmişdi, eləcə də, mən ona yaxınlaşdım, vəziyyəti ilə maraqlandım. Daha sonra məşqçi heyətimin üzvləri xəbər verdilər ki, Pelkin zədəsi çox ciddidir və əməliyyat olunmalıdır.
- Bütün rəqiblərinizə bu cür münasibət bəsləyirsiniz?
- Rəqib var, əsl idmançıdır, rəqib də var, yekəbaşdır. Mən həmişə rəqiblərimə böyük hörmət bəsləmişəm. Mətbuat konfranslarında və rinqdən kənarda mehriban və xoş münasibətlərdə olmuşam.
- Qeyd etdiniz ki, Avropa çempionu olmaq ən böyük arzunuz idi. Bəs indi planda nələr var?
- İlk növbədə, dincəlmək. Mən ötən 9 ayımı ancaq bu titula yiyələnmək üçün sərf etmişəm. Çox yorulmuşam. Dincəldikdən sonra “Qəbələ” Futbol Klubuna Avroliqada azarkeşlik edəcəyəm. Hədəflər haqqında düşünmək istəmirəm. Bunlar məni yorur...
- “Qəbələ” Futbol Klubunun hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Avroliqada mübarizəyə 1 aydan az bir müddət qalıb. Amma komanda, hələ də məşqçi tapa bilməyib. Bu vəziyyətdə hansı nəticəyə ümid edirsiniz?
- Sürprizlər gözləyirəm. “Qəbələ” buna qadirdir. Qısa bir müddətdə böyük nailiyyətlər əldə edib. Kim deyərdə ki, “Qəbələ” Azərbaycan Kubokunun finalında oynayacaq. Gördünüz, finalda da çox gözəl təsir bağışladı və yalnız penaltilər seriyasında məğlub oldu. Finaldakı atmosfer də möhtəşəm idi. Azərbaycanda hansı klubun bu qədər coşğulu azarkeşi var? Avroliqada da “Qəbələ” futbolçularından uğurlu çıxış gözləyirəm.
- İlk görüşdə məğlubiyyətin əsas səbəbi zədə oldu. Bəs rinqə çıxmazdan əvvəl bu zədəyə görə tədbirlər görülməmişdi?
- Həmin vaxt karyeramın ən yüksək formasında idim. Amma çoxları düşünürdü ki, mən yorulub mübarizəni dayandırdım. Həmin döyüşdən 20 dəqiqə əvvəl həkimlər məni xüsusi ağrıkəsici vasitələrlə masaj etmişdilər ki, döyüş vaxtı ağrıları hiss etməyim. Ancaq, bu, cəmi 2 raund oldu. Növbəti raundlarda baş qaldıran ağrılarım məni şoka saldı. Həmin görüşdə üstün tərəf mən idim. Ancaq ağrılar səbəbilə mübarizəni dayandırmalı oldum. Buna görə də, bu günə kimi özümü məğlub saymıram. Amma bunu da bəxtlə əlaqələndirirəm. Həmin vaxt Ukraynadakı hazırlıqdan sonra Azərbaycana qayıdandada ilk məşqimdə qabırğamı sındırdım, sonra əlimi əzdim, daha sonra xəstələndim... Qabırğamın sındığını da həkimlər müəyyən edə bilməmişdi. Görünür, qələbə qismətim deyilmiş.
- Ağrılar sizi taktikanı dəyişməyə məcbur etmişdi?
- Ciddi ağrılarla çıxmışdım döyüşə. Ancaq taktikanı dəyişməmişdim. Əvvəldən müəyyən etdiyim taktika ilə döyüşürdüm.
- İndiyə kimi arzu etdiyiniz, amma qarşılaşmadığınız rəqib olub?
- Xeyr.
- Bəs ən dəyərli rəqibiniz hansı olub?
- Mattias Pelk.
- İlk döyüşdə də o, belə dəyərli idi?
- Xeyr. İlk döyüşdəki məğlubiyyətdən sonra Pelk ən dəyərli rəqibim oldu. Ən güclü rəqib isə Dominikan Respublikasından Rudi Enkarnasion olub. 2004-cü ildəki döyüşdə 12 raund bir-birimizi qırmışıq.
- Sizin üçün boks tarixinin ən güclüsü kimdir?
- Mayk Tayson.
- Onu Məhəmməd Əlidən fərqləndirən nə idi?
- Məhəmməd Əli böyük boksçudur. Ancaq hərənin bir kumiri olur. Mənim də kumirim Mayk Taysondur.
- Onun hansı xüsusiyyəti sizin diqqətinizi çəkib?
- Döyüşkən ruhu. Tayson rinqə qalxanda rəqibə müharibə elan edirdi. Onun döyüşlərinə tez-tez baxıram və üslubundan çox şey öyrənmişəm.
- Azərbaycanda boks idmanının hazırkı vəziyyətindən razısınız?
- Azərbaycanda təkcə boks yox, ümumilikdə, idman sürətlə inkişaf edir. İdmana böyük qayğı var. Avropada tez-tez oluram və Azərbaycan idmanına edilən hörmət də mənə qürur verir. İdmançılara dəstək də böyükdür. Fürsətdən istifadə edib Azərbaycan Boks Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Görülən işlər göz qabağındadır. Əldə olunan nailiyyətlər də bu işlərin nəticəsidir. Mənim uğurlarımda da federasiyanın və “Qəbələ” İdman Klubunun böyük rolu var. Qəbələdəki uğursuzluqdan sonra klubun rəhbəri mənə dəstək oldu. Mən həmin vaxt boksla vidalaşmışdım. O, məni çətin vəziyyətdən xilas etdi, ruhlandırdı. Mən də söz verdim ki, qələbə qazanacağam.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı