29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Ponamaryov: "Bir daha Vüqarla oynaya bilməyəcəyimə çox məyus oluram..."

Ukraynalı şahmatçı Ruslan Ponamaryovun shamkirchess.az saytına müsahibəsi

- Vüqar Həşimovun xatirə turnirini izləyirsinizmi? Turnir haqqında fikirlərinizi bizimlə bölüşün.

- Əlbəttəki, hər bir mötəbər turnir kimi, sözügedən yarışı da izləyirəm. Və deyim ki, turnir maraqlı hadisələrlə yadda qaldı. Məsələn, dünya çempionun arxa-araxaya iki dəfə uduzmasını görmək tez-tez müşahidə olunan hal deyil.  Ancaq, düşünürəm ki, bəzi çatışmayan məqamlar var idi. Məsələn, klassik şahmatdan əlavə, blitz turnirini də görmək xoş olardı. Xüsusilə də, nəzərə alsaq ki, Sərxan blitzi çox yaxşı bacarır, və qardaşı Vüqara həsr olunan turnirdə onun oyununu seyr etmək çox maraqlı olardı.

- Turnir ənənəvi hal alsa, iştirak etmək istərdinizmi?

- Bu cür turnirin ənənə halını alması çox yaxşı olardı. Biz beləliklə, Vüqarı hər il xatırlaya bilərik, ona öz ehtiramımızı bildirərik...Və əlbəttə ki, böyük məmnuniyyətlə iştirak edərdim.

- Şəxsən sizin üçün Vüqar Həşimov adı nə bildirir? Onunla bağlı xatirələriniz bizimlə paylaşın.

- Güman ki, Vüqarın adı gələndə ilk ağlıma gələn, onunla birlikdə keçirdiyimiz son turnir-Pekində Dünya İntellektual Oyunlarından dərhal sonra, 2011-ci ilin dekabrı, 2012-ci ilin yanvar aylarında keçirilən Bask-sistemi turnirindəki görüşümüzdü. Hər iki turnir zamanı, asudə vaxtımızı çox vaxt dost-tanışlarımız, elə Vüqarın qardaşı Sərxanla birgə keçirirdik. Axşam yeməklərinə birgə çıxır, rəqs etməyə, karaokelərə gedir, əyləncəli vaxt keçirirdik. Bunun Vüqarla keçirdiyimiz son dəfə olduğu ağlıma da gəlməzdi. Sonradan onun səhhəti ilə problemləri olduğunu eşitdim, ancaq düzü ciddi olduğunu düşünməmişdim.  Sadəcə, bir müddət şahmat lövəsindən ayrı düşəcəyini zənn etmişdim. Vəfat etdiyini öyrənəndə şok olmuşdum. Mənə görə, o ən böyük mücadiləni lövhədən kənarda, real həyatda, sağ qalmaq uğruna verib. Axı, o, heç kimin diqqətini çəkmədən, kömək istəmədən, ən ağır döyüşünü tək başına qazanmağa çalışıb. Ancaq lövhə arxasında onun aqressiv oyun tərzini heç vaxt unutmayacağam, xüsusilə də qaralarla Benonisini. Həqiqətən də, onunla bir daha oyanaya bilməyəcəyim üçün çox məyus oluram...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31