19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Azad Rəhimov: “Avropa Oyunları Azərbaycan tarixində yeni səhifə yazacaq”

“Avropa Oyunları ilk dəfə keçiriləcək bu cür tədbiri özünün davamlı iqtisadi, sosial və siyasi inkişafı hesab edən Azərbaycanın tarixində bu vaxtadək keçirilmiş ən böyük çoxsaylı idman yarışları tədbiri olacaq”. Lent.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Türkiyənin Antalya bölgəsində keçirilmiş “SportAccord” Konvensiyasının növbəti iclasındakı çıxışı zamanı deyib.
 
A.Rəhimov bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycan tarixində yeni səhifə yazacaq. Həmçinin, “Bakı-2015”in Əməliyyat Komitəsinin baş direktoru olan nazir nümayəndə heyətlərinə məlumat verib ki, bu Oyunlar Avropa qitəsini ruhlandıracaq və Avropa xalqlarını bu cür idman bayramında bir araya gətirəcək. O, Oyunlara hazırlıq barədə ətraflı məlumat verərkən, deyib ki, əsas diqqət idmançılara yönəlib, sərmayələr ümumən 19 idman növü üzrə yarışacaq 6000 idmançı üçün nəzərdə tutulan mövcud məkanların bərpasına və  dünya səviyyəli 20 idman obyektinin inşasına yönəldilib: “Milli olimpiya komitələrində qitə Oyunlarının Avropa üçün keçirilməsi təsəvvürü mövcuddur və bu Oyunların Bakıya həvalə edilməsi ilə onlar bu möhtəşəm layihəni Azərbaycana etibar ediblər. Avropa Olimpiya Komitəsinin etibarı və bizim ambisiyamız qitənin digər şəhərlərində də keçiriləcək gələcək Oyunların ötürülə bilən və dayanıqlı modelinin yaradılmasından ibarətdir. Eyni zamanda, biz Azərbaycanı müasir Avropa ölkəsi kimi göstərmək imkanını artırmaq niyyətindəyik”.
 
Nazir həmçinin, Azərbaycan hökumətinin həyata keçirdiyi strateji yanaşmanın tədbirin Azərbaycanda idman, sosial və iqtisadi inkişafını təmin etməsi məqsədi güddüyünü qeyd edib: “İlk Avropa Oyunlarına ev sahibliyi etmək imkanından yararlanmaq Bakı və Azərbaycanı Avropada idman, biznes, turizm və mədəniyyət üçün dinamik məkan baxımından inkişaf etdirmək və eləcə də bilik və bacarıqların yeni bazası olmaq baxımından bizim üçün əhəmiyyətli məsələdir. “Bakı 2015” yalnız yeni dünya səviyyəli idman məkanları ilə təmin etməyəcək, o həmçinin Bakı və Azərbaycanın əhalisi üçün yeni şəhər və icma imkanlarının inkişafı baxımından təkanverici rol oynayacaq”.
 
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30