28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

5 cüdoçumuzdan heç biri medal qazana bilmədi

Bu gün Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-pri turniri start götürüb. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 6 idmançısı tatami üzərinə çıxıb.
 
Kişilər
 
60 kq
 
Bu çəkidə mübarizəyə öncə İlqar Müşkiyev başlayıb. Dünya çempionatının bürünc mükafatçısı 1/16 finalda livanlı Damyeni ipponla məğlub edib. Təmsilçimiz 1/8 finalda gürcüstanlı Luxumi Çixvimiani ilə qarşılaşıb. Bu görüş də onun üçün uğurlu alınıb və İlqar 1/4 finala yüksəlib.
 
Yarımfinala gedən yolda Müşkiyev fransalı Adrien Raymondla güləşib. Cüdoçumuz rəqibinə startdaca gücünü göstərib. Raymonda 11 saniyəyə qalib gələn İlqar mübarizəni 1/2 finalda davam etdirəcək.
 
Həmyerlimiz final uğrunda qazaxıstanlı Yeldos Smetovla qüvvəsini sınayıb. Lakin o, bu dəfə qələbə seriyasını davam etdirə bilməyib. 122-ci saniyədə ippona düşən İlqar bürünc medal üçün döyüşüb.
 
Müşkiyev bürünc uğrunda qarşılaşmada rusiyalı Robert Mşvidobadze ilə üz-üzə gəlib. Lakin idmançımız bu dəfə də məğlubiyyətlə barışmalı olub və yarışı 5-ci yerdə tamamlayıb.
 
1/16 finaldan mübarizəyə başlayan Vüqar Şirinli isə mübarizəni dayandırıb. İdmançımız təcrübəli Beslan Mudranova (Rusiya) ipponla uduzub.
 
66 kq
 
Hacıağa Hacıəhmədovun yetirmələrindən Əli Rzayev ilk görüşünü Qabor Haqyoya (Macarıstan) qarşı keçirib. Onun 1/8 finala yüksəlmək cəhdi uğursuz alınıb. Həmyerlimiz 14 saniyədə ipponla uduzub.
 
Bu çəkidə digər təmsilçimiz Tərlan Kərimovun da birinci görüşü 1/16 finala təsadüf edib. Avropa çempionatının gümüş medalçısı Tornike Tataraşvili (Gürcüstan) ilə gücünü yoxlayıb və Rzayev kimi tatamidən məğlub ayrılıb. Kərimov rəqibi qarşısında cəmi 135 saniyə tab gətirə bilib.
 
Nəticədə 66 kq çəki dərəcəsində hər 2 idmançımız yarışla vaxtından əvvəl vidalaşıb.
 
Qadınlar
 
57 kq
 
Ötən həftə Tiflisdə keçirilən Qran-pridə bürünc medal qazanan Kifayət Qasımova bu dəfə onun əyarını yaxşılaşdırmağa çalışsa da, bu istəyini reallaşdıra bilməyib. O, 1/16 finalda Emilie Amarona (İsveçrə) ipponla məğlub olub.
 
Digər cüdoçumuz Şahanə Hüseynova isə Alessiya Reqislə (İtaliya) görüşdən qalib ayrılıb. Xanım idmançımız 103 saniyəyə rəqibini ippona salıb.
 
Onun 1/8 finalda rəqibi Hedviq Karakas (Macarıstan) olub. Təəssüf ki, Hüseynova bu dəfə özü ippona düşüb. Karakasa qələbə üçün cəmi 58 saniyə kifayət edib.
 
Qeyd edək ki, Azərbaycan millisi 3 gün davam edəcək yarışa 14 idmançı ilə qatılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31