25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Azərbaycan yığmasının üzvü Suriyada öldürüldü

uriyada son günlər öldürülən azərbaycanlılardan ikisinin Sumqayıt sakini olduğu məlum olub.
 
APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Əliyev Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir.
 
Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Əliyevin bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib.
 
Məlumata görə, C. Əliyev güləş üzrə Azərbaycan yığmasının üzvü olub, Azərbaycan və Avropa çempionu adını qazanıb.
 
Mücahidlər C. Əliyevin fotosunu da yayıblar.
 
APA-nın Sumqayıt şəhərində yaşayan dindarlardan əldə etdiyi məlumata görə, ailəsi Ceyhuna bu gün üç mərasimi verib.
 
Azərbaycanlı döyüşçülərə məxsus internet səhifələrinin yazdığına görə, həmin döyüşdə həlak olanlardan biri də azərbaycanlılardan ibarət dəstənin “Musab Abdurahim Abdulmacid” adlı komandiridir.
 
Qeyd edək ki, martın 22-də Suriyada “İraq Şam Dövləti” silahlı qruplaşması ilə “Kürd YPG” qruplaşması arasında döyüşdə 25 nəfər öldürülüb.
 
Onlardan 12-nin azərbaycanlı olduğu bildirilir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30