11 Oktyabr 2026, Bazar günü
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Şəhriyar Məmmədyarov erməniyə uduzdu

Dünya şahmat tacı uğrunda iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, Xantı-Mansiyskdə keçirilən yarışın ikinci oyun günündə həmyerlimiz Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyanla üz-üzə gəlib.

İlk gündə Veselin Topalovla xalları yarı bölən qrossmeysterimiz bu dəfə qara fiqurlarla oynayıb. Görüş qrossmeysterimiz üçün uğursuz alınıb. I turda məğlubiyyət acısı yaşayan Aronyan Məmmədyarovu 44-cü gedişdə mat edib.

Digər 2 görüşdə də “ağlar” qalib gəlib. Yalnız Topalovla Anandın qarşılaşmasında heç-heçə qeydə alınıb.

14 mart

II tur

Vladimir Kramnik (Rusiya) - Sergey Karyakin (Rusiya) - 1:0

Pyotr Svidler (Rusiya) - Dmitri Andreykin (Rusiya) - 1:0

Veselin Topalov (Bolqarıstan) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

Levon Aronyan (Ermənistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0

Turnir cədvəli: Anand, Svidler, Kramnik - 1,5 xal; Topalov, Aronyan - 1; Andreykin, Karyakin, Məmmədyarov - 0,5.

Qeyd edək ki, həmyerlimiz sabah ağ fiqurlarla Ananda qarşı oynayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31