19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Fariz Məmmədovun rəqibi dəyişdi

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov martın 15-də növbəti döyüşünü keçirəcək. Futbolxeber.az-ın məlumatına görə, bu görüş planlaşdırıldığı kimi alman Mattias Pelkə qarşı deyil, digər təcrübəli boksçu Samir Boukraraya qarşı baş tutacaq. Pelklə görüşün baş tutmamasına səbəb Almaniya təmsilçisinin döyüşə 2 həftə qalmış zədələnməsi olub.

Bu barədə gabalafc.az-a açıqlama verən Fariz Məmmədov Boukrara ilə planlaşdırılan qarşılaşmanın təfərrüatlarından danışıb: "Bildiyiniz kimi bir neçə gün sonra almaniyalı Mattias Pelklə revanş döyüşündə üz-üzə gəlməli idim. Lakin Pelkin zədələnməsi sözügedən görüşün təxirə salınması ilə nəticələndi. Əvəzində reytinq xarakterli 8 raundluq döyüşdə rinqə çıxacağam. Bu qarşılaşmada mərakeşli Samir Boukrara ilə üz-üzə gələcəyəm. Rəqibimin 36 yaşı var. Peşəkar rinqdə təcrübəsi böyükdür, çoxlu vacib qələbələri var. Bu mənim üçün Pelklə görüş öncəsi vacib döyüş olacaq. O ki qaldı revanşın vaxtına, bu Mattiasın müalicə müddətindən asılı olacaq. Həkimlər ona döyüşməyə icazə verdikdən sonra tarixi müəyyənləşdirəcəyik. Yəqin ki, qarşılaşma may və ya iyun ayında baş tutacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30