20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Milli komandamız dünya çempionatının D qrupunda

Bu gün İtaliyanın Parma şəhərində qadın voleybolçular arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamız püşkatmanın nəticələrinə uyğun olaraq D qrupuna düşüb.

İtaliyanın “RAI Sport” telekanalının canlı yayınladığı püşkatma mərasimi Farneze Teatrında keçirilib. Püşkatma Beynəlxalq Voleybol Federasiyasının prezidenti Doktor Ari Qrasa, İtaliya Voleybol Federasiyasının prezidenti Karlo Maqri, Təşkilat Komitəsinin prezidenti Karlo Salvatori və İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaqonun iştirakı ilə baş tutub.

Millimizin də yer alacağı mundialda iştirakçı 24 komandadan 18-i bundan əvvəl bəlli olub. Yalnız Şimali Amerika zonasının ən yaxşı 6 komandası (NORSEKA) müəyyənləşməyib ki, onların hansı millilər olacağı iyunun əvvəllərində bilinəcək. 

Millimiz D qrupunda Yaponiya, Çin, Belçika və Şimali Amerikanın 2 komandası ilə üz-üzə gələcək.

A qrupu: İtaliya, NORSEKA-2, Almaniya, Argentina, Xorvatiya, Tunis.
B qrupu: Braziliya, Serbiya, Türkiyə, NORSEKA-4, Kamerun, Bolqarıstan.
C qrupu: NORSEKA-1, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, NORSEKA-6.
D qrupu: Yaponiya, Çin, NORSEKA-3, Belçika, NORSEKA-5, AZƏRBAYCAN.

Qeyd edək ki, bu ilin sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək dünya çempionatının oyunları bu 6 şəhərdə keçiriləcək: Roma, Trieste, Verona, Bari, Modena və Milan. Hər qrupda ilk 4 komanda növbəti qrup mərhələsinə vəsiqə qazanacaq.
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30