24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

"İdman ictimaiyyəti qüvvəsini Avropa Oyunlarına yönəldib"

Martın 5-də Azərbaycanda Bədən Tərbiyəsi və İdman günü qeyd olunub. Lent.az-ın məlumatına görə, bu münasibətlə idman ictimaiyyəti Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib.
 
Ardından Şəhidlər Xiyabanından Hüseyn Cavid parkınadək veloyürüş keçirilib. Gənclər və idman naziri Azad Rəhimov bütün idmançıları peşə bayramları münasibətilə təbrik edib: “Bu bayramı bizə ulu öndər bəxş edib. İlk dəfə 1995-ci ildə Heydər Əliyev idmançıları toplayaraq, onlara orden və medallar təqdim edib. 2005-ci ildə isə ölkəmizin və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən 5 mart – idmançıların peşə bayramı kimi təyin olunub. Artıq 9 ildir biz bu bayramı silsiləvi tədbirlər, veloyürüşlər, müxtəlif olimpiya komplekslərində idman tədbirləri, idman ictimaiyyəti ilə görüş formasında qeyd edirik”.
 
Bununla yanaşı, Rəhimov əsas işlərinin 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqdan ibarət olduğunu vurğulayıb: “Gələn il bizi ən vacib, ən möhtəşəm tədbir gözləyir. Bütün idman ictimaiyyəti fikirlərini, qüvvələri məhz Avropa Oyunlarına yönəldib və bu iş davam edir. Biz həqiqətən də inanırıq ki, gələn il bu vaxt Avropa Oyunlarını keçirməyə hazır olacağıq. Ən gözəl, ən möhtəşəm Oyunların Bakı şəhərində keçiriləcəyinə əminik”.
 
Nazir hazırda Avropa Oyunları üçün nəzərdə tutulan idman qurğularının tikintisi və təmirinin davam etdiyini söyləyib. Onun sözlərinə görə, yaxın vaxtlarda Stend Atıcılığı Kompleksi və Bakı İdman Sarayı, Hovuz Kompleksi və Avropa Parkına baxış planlaşdırılır: “İşlər qrafik üzrə gedir, heç bir gecikmə yoxdur”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30