19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

UEFA İTV-ni seçdi

UEFA 2016-cı il Avropa çempionatının teleyayım hüququ ilə bağlı yeni müqavilə bağlayıb. Futbolxeber.az-ın məlumatına görə, qitə futbol qurumunun baş katibi Canni İnfantino Avropa Yayım İttifaqı (EBU) ilə anlaşdıqlarını bildirib.

Anlaşmaya əsasən, Avro-2016-nın seçmə mərhələ oyunları İctimai telekanallarla yayımlanacaq. Bu, UEFA-ya daxil olan 30 ölkəyə aiddir. Öz yığmasının ev və səfər oyunlarını yayımlamaq hüququ əldə edəcək ölkələr arasında Azərbaycan da var. 
Bu isə o deməkdir ki, artıq növbəti seçmə mərhələdə millimizin ev və səfər qarşılaşmaları İctimai Televiziya (İTV) ilə yayımlanacaq.
Qeyd edək ki, yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki oyunları “İdman Azərbaycan” və AzTV kanalları ilə yayımlanır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30