24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Minifutbol

"Yuventus" bu gün uduzsa belə, Turinə gəldiyim üçün peşman olmayacağam"

"İDMAN AZƏRBAYCAN"IN TANINMIŞ ŞƏRHÇİSİ İSMAYIL ABDULLAYEV "YUVENTUS" - "REAL" MATÇINI STADİONDAN IZLƏYƏCƏK

"İdman Azərbaycan" kanalının şərhçisi İsmayıl Abdullayev hazırda Turindədi. İ.Abdullayev İtaliyaya səfəri haqda Futbolxeber.az saytına bunları dedi: "İşdən icazə alıb, Turinə öz hesabıma gəlmişəm. Səfərimin məqsədi sırf "Yuventus" - "Real" matçını canlı olaraq stadiondan izləməkdir. İnşallah, sabah vətənə qayıdacağam. UEFA-ya müraciət etmişdim, onlar da mənə dəvətnamə göndərdilər. Matçı VİP lojadan izləyəcəyəm. Burada dostlar var, azərbaycanlı tələbələr. Sağ olsunlar, məni yüksək səviyyədə qarşılayıb, qonaq etdilər".

İsmayıl Turində gəzdiyi yerlərdən də söz açdı: "Bu gün klubla bağlı ətraflı gəzintidə olacağam. "Yuve"nin muzeyinə baş çəkəcəyəm. Dünəndən isə artıq stadionda bir dəfə olmuşam. Bundan başqa, Po çayını, məşhur Turin qülləsini ziyarət etmişəm".

Həmsöhbətim oyundan öncə təşkil olunan mətbuat konfransında iştirak edə bilməyib. Səbəbini isə belə izah etdi: "Bunun üçün UEFA-ya pul ödəmək lazımdı. Konkret məbləğini bilmirəm. Amma mətbuat konfransında iştirak, şərhçilik yeri, komandaların məşqində iştirak üçün mütləq müəyyən məbləğ ödəməlisən".

"Şər deməsən, xeyir gəlməz. Birdən bu gün "Yuventus" uduzsa, Turinə yollanmağına peşman olmayacaqsan ki" sualını isə İsmayıl belə cavablandırdı: "Əlbəttə ki yox. Bu. mənim uşaqlıq arzumdur. "B" seriyası görmüş adamam. "Yuventus" "B" seriyasında oynayanda belə, gedib oyunlari izləyirdim. Təbii ki kafelərdə".

Tanınmış şərhçi onu da vurğuladı ki, bu gün "Yuventus"un futbolçuları ilə görüşməyə də cəhd edəcək: "Bir azdan stadiona gedəcəyəm. Alınsa, inşallah "Yuve"nin qaldığı otelə getməyi də planlaşdırıram. Qismət olsa, "Yuventus"un futbolçuları ilə də görüşmək istəyirəm". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30