11 Iyul 2025, Cümə
Redon Cica "Qarabağ"dan getdi
Saşa İliçin köməkçiləri müəyyənləşdi
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
Millimiz FIFA reytinqində gerilədi

Minifutbol

Boksçumuz şəhid oldu

Azərbaycan boksçusu Xəyal Əlövsət oğlu Əhədzadə düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlib.

Futbolxeber.az saytınn Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, Xəyal Əhədzadə Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olub. Xüsusi Təyinatı Qüvvələrdə gizir kimi çalışıb.

Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.

O, “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Fizulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Kəlbəcərin azad olunmasına” və “Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib.

Azərbaycan Boks Federasiyasının kollektivi şəhid boksçumuzun timsalında bütün şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31