24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

PFL-də növbəti təyinat

Peşəkar Futbol Liqasına (PFL) yeni mütəxəssis cəlb olunub.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, ölkənin tanınmış idman hüquqşünaslarından Fərid Haqverdiyev müqavilə əsasında PFL ilə əməkdaşlıq edəcək.

O, PFL-də idman hüququnun tənzimlənməsi və bu qəbildən olan digər işlərin həyata keçirilməsinə cavabdehlik daşıyacaq.

Fərid İlqar oğlu Haqverdiyev 14 sentyabr 1988-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub, 2010-cu ildə oranı bitirib. 2011-ci ildə İngiltərənin Kent Universitetində Beynəlxalq Kommersiya Hüququ ixtisası üzrə magistr təhsili alıb. Təhsilini bitirdikdən sonra Azərbaycanda özəl təşkilatda hüquqşünas kimi işləyib.

2018-ci ildə İspaniyanın Madrid şəhərində yerləşən özəl, dünyanın məşhur idman hüquqşünaslarının, professorların tədris etdiyi, mötəbər idman hüququ məktəblərindən olan İSDE (İnstituto Superior de Derecho y Economia) universitetində “Beynəlxalq İdman Hüququ” ixtisası üzrə əyani magistr təhsili alan və məzun olan ilk azərbaycanlı hüquqşünas olub. Həmin ildə İngiltərinin Kembric universitetinin Vulfson kollecində idman hüququ üzrə ixtisasartırma kurslarında iştirak etmiş və müvəffəqiyyətlə bitirmişdir.

Təhsilini tamamladıqdan sonra Fransanın Paris şəhərində hüquq şirkətində idman hüququ üzrə məsləhətçi vəzifəsində çalışıb.

Hazırda dünya üzrə idman hüquqşünaslarının təşkilatı olan “Beynəlxalq İdman Hüquqşünasları Assosiasiyasının” və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Eyni zamanda, Bakı Dövlət Universitetində “Beynəlxalq İdman Hüququ” fənnini tədris edir. Haqverdiyev UEFA tərəfindən ömürlük futboldan uzaqlaşdırdığı "Qarabağ"ın mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimovun vəkilidi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30