8 Mart 2026, Bazar günü
Millimiz Macarıstana məğlub oldu
"Sumqayıt" qələbəni əldən verdi
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər

Minifutbol

Məhəllələrarsı futbol yarışılarına start verilib

Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən məhəllələrarası futbol yarışları üzrə pilot layihəyə start verilib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunun Buzovna qəsəbəsində - R.İmanov 4 və M.Sübhi 2a saylı yaşayış binalarını əhatə edən məhəllədə məhəllələrarası futbol yarışı keçirilib. Yarışda 2010-2011-ci il təvəllüdlü uşaqlar mübarizə aparıb. 

Qalib komandalar Xəzər rayonundan seçilmiş millət vəkili Rauf Əliyev və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tərəfindən diplom və medallarla təltif olunublar. 

Məhəllələrarası futbol yarışlarının Xəzər rayon qəsəbələrində silsilə şəkildə davam etdirilməsi planlaşdırılır. Yarışların əsas məqsədi yeniyetmə və gənclər arasında futbol idman növünə olan marağı artırmaq, gələcəkdə peşəkar futbolçu olmalarına zəmin yaratmaqdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31