Minifutbol
"Zəfər Kuboku"na yekun vuruldu
İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunda final oyunu keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, mayın 4-də - İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na - mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edib.
Bu münasibətlə təşkilatçılar və iştirakçı komandaların nümayəndələri səhər saatlarında mərhumun ailə üzvləri ilə birlikdə E.Əşrəfoğlunun Saray qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Final görüşündən öncə Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında Milli Məclisin deputatları ilə I Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq oynanılıb. Qarşılaşma jurnalistlərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Ardınca isə "Xocavənd" və "Ağdam" komandaları arasında final oyunu təşkil olunub. Milli Məclisin deputatları bu qarşılaşmada da fəxri qonaq qismində iştirak ediblər. Fəxri qonaqlar sırasında "Qəbələ" futbol klubunun prezidenti Fariz Nəcəfov, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev, minifutbol üzrə Avropa çempionluğu qazanmış Azərbaycan milli komandasının üzvləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "TT Fight Club"un direktoru Şəhriyar Abbasov, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və veteran futbolçu Novruz Əzimov, "Bakı"nın icraçı direktoru Yaşar Seyidov da olub.
Bundan başqa, Elnur Əşrəfoğlunun, eləcə də şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri də final oyununa dəvət olunublar. Onlara təşkilatçılar və Şəhriyar Abbasov tərəfindən xatirə hədiyyələri təqdim olunub.
İştirakçıları salamlayan Fariz Nəcəfov komandalara uğurlar arzulayıb. O, turnirin təşkilində əsas pay sahibi İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədova təşəkkürünü bildirib. Klub rəhbəri "Ağdam"a azarkeşlik edəcəyini söyləyib.
Dəvətə görə minnətdarlığını bildirən Faiq Qarayev final matçında çox gözəl ab-havanın hökm sürdüyünü qeyd edib: "Hörmətli millət vəkillərimiz, Avropa çempionu olan minifutbol üzrə yığmamız burada iştirak edir. Onları təbrik etmək istəyirdim. Bu günə təsadüf etdi. Doğrudan böyük fədakarlıq göstərdilər. Allah mərhum jurnalistərimizə rəhmət etsin. Elnur Əşrəfoğlunu, 44 günlük Vətən müharibəsindəki şəhidlərimizi yada saldıq. Belə turnirə görə təşkilatçılara təşəkkürümü bildirirəm".
Şəhriyar Abbasov "Xocavənd" komandasına azarkeşlik etdiyini gizlətməyib: "Turnir start götürəndə Elşən müəllimə demişdim ki, "Xocavənd" çempion olacaq. Çünki fiziki göstəriciləri çox yaxşıdır. Təəssüflər olsun ki, bu gün Fariz Nəcəfovla rəqib olduq. Bilirəm ki, "Xocavənd" qalib gələcək".
Əflatun Amaşov sözə şəhidlərin əziz xatirəsini yad etməklə başlayıb: "Allah şəhidlərə rəhmət etsin. İdman ictimaiyyətini təbrik edirəm. Düzdür, əsas millimiz qol vurmağa elə də həvəsli deyil. Amma minifutbol yığmamız Avropa çempionu oldu. Deməli, Azərbaycanda futbol var, yaxşı oyunçular yetişir".
O, turnirin təşkilinə görə baş sponsorlara təşəkkür edib və Zəfər Kubokunun Azərbaycan futbolunun tarixinə yazılacağını vurğulayıb: "Turnir futbolun populyarlaşmasında öz əhəmiyyətli rolunu oynayacaq və jurnalistlər arasında həmrəyliyi möhkəmləndirəcək. Hər iki komandaya uğurlar arzulayıram".
Raqif Abbasov bildirib ki, bu gün Azərbaycan zəfər günlərini yaşayır və buna həsr olunmuş hər bir turnirin özünəməxsus yeri var: "Futbol Azərbaycanda daha çox sevilir. Fürsətdən istifadə edib, minifutbol üzrə Avropa çempionlarımızı təbrik edirəm. Turnirin keçirilməsində əziyyəti olan hər kəsə minnətdarlığımı bildirərəm. "Ağdam"a azarkeşlik edirəm".
Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev xalqımıza zəfər yaraşdığını, müharibədən sonra bu cür turnirlərin bizim üçün bayram sayıldığını bildirib. O, "Xocavənd" komandasına azarkeşlik etdiyini söyləyib.
Fariz Nəcəfov və Şəhriyar Abbasovun topa rəmzi toxunuşundan sonra həlledici oyun başlayıb. Finalda "Xocavənd"ə 3:1 hesabı ilə qalib gələn "Ağdam" Zəfər Kubokunun qalibi olub.
Qarşılaşmadan sonra qaliblər mükafatlandırılıb. Finalda "Xocavənd"i məğlub edən "Ağdam" komandasında Zəfər Kuboku, 2 000 manat pul mükafatı verilib."Xocavənd" isə 1 200 manat pul mükafatı əldə edib. Hər iki komandanın üzvləri diplomlarla da təltif olunublar.
İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunun bombardirləri və ən yaxşı oyunçuları mükafatlandırılıb.
Eyni zamanda, Mətbuat Şurasının sədri Əflatun Amaşov turnirin ən yaxşı qapıçısı Ramiz Mirzəzadə ("Xocavənd"), hərəyə 9 qolla ən məhsuldar oyunçular - Mirbağırağa Cəfəri ("Ağdam") və Sərxan İbrahimoğlu ("Xocavənd"), həmçinin turnirin ən yaxşı futbolçusu M.Cəfəriyə pul mükafatı təqdim edib.
Turnirin yüksək səviyyədə keçirilməsində əməyi olan Təşkilat Komitəsinin üzvləri, hakimlər və könüllülər də mükafatçılar sırasında yer alıblar. Həmçinin, "Report" İnformasiya Agentliyi turnirin işıqlandırmarılmasındakı dəstəyinə görə xüsusi mükafatla təltif olunub. Mükafat "Report"un direktoru Fuad Hüseynəliyevə təqdim edilib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- “Səbail” kapitanı ilə yollarını ayırır
- Berdıyevdən mini master-klass
- “Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- Futzal millimizdə yeni məşqçi təyinatı
- “Səbail” Adil Şükürovla yola davam edir
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Qurbanov məğlubiyyəti şərh etdi
- Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal görüşünün nəticəsi dəyişdirilib
- Ceykob Merfi: “Qarabağ”a qarşı oyunumuz mövsümdəki ən yaxşı matçımız idi”
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- ABŞ Səfirliyi Nəriman Axundzadəni təbrik edib
-
23:31
"Neftçi" "İmişli" ilə oyuna hazırdır FOTOLENT
-
22:47
"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
22:19
U-21 millimizin heyəti açıqlandı
-
21:22
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
-
21:05
"Zirə" "Karvan-Yevlax"a çətinliklə qalib gəldi
-
20:53
"Neftçi" "İmişli" ilə oyuna itki ilə çıxacaq
-
19:36
"Karvan-Yevlax" - "Zirə" matçında tək qol VİDEO
-
19:14
Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edib
-
18:48
Füzuli Məmmədov: "Qolumuz sayılmalı idi"
-
18:25
Rəşad Sadıqov: "Təqvimə baxanda qorxulu yuxuya bənzəyir"
-
17:57
Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri başlayıb
-
17:32
I Liqada 19-cu tura yekun vuruldu
-
17:11
“Neftçi” İK vahid lider oldu
-
16:00
Azərbaycanı Barselonada üç paraüzgüçü təmsil edəcək
-
15:47
II Liqada 21-ci turun oyun cədvəli açıqlandı
-
14:26
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
-
14:03
Bakıda beynəlxalq təlim-məşq toplanışı
-
13:34
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək
-
12:18
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
-
11:45
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
-
11:22
"Trabzonspor"dan səfər qələbəsi VİDEO
-
10:59
Millimizin seçmə mərhələ üçün heyəti
-
10:31
"Liverpul" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Barselona" - "Nyukasl" matçında 9 qol VİDEO
-
20:54
Cüdo Federasiyası tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edilib
-
19:48
"Araz-Naxçıvan" Şamaxıdan 3 xalla qayıtdı VİDEO
-
18:27
"Kimin kiminlə problemi varsa, ora yozur"
-
18:00
Andrey Demçenkodan qələbə şərhi
-
17:39
MOK-da Atletlər Komissiyasının 2026-cı ildə ilk iclası keçirilib
-
17:12
Azərbaycan millisi yenə darmadağın oldu
-
16:55
“Araz-Naxçıvan”dan vacib qələbə
-
16:46
Yeniyetmə cüdoçular üçün maarifləndirici görüş
-
16:21
AFFA 6 klubu cərimələdi
-
15:34
Ayın qolunun müəllifi mükafatlandırıldı
-
14:56
“Sumqayıt” Akademiyasında psixoloq tərəfindən terapiya seansları təşkil olunub FOTOLENT
-
14:28
25-ci turun hakim təyinatları
-
14:13
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər açıqlandı
-
14:00
Yuri Vernidub: “Hakimliyin daha yaxşı olmasını istərdim, amma olan budur”
-
13:49
“Araz-Naxçıvan” - “Neftçi” oyunu Qafarlıya tapşırıldı
-
13:32
AFFA nümayəndələri UEFA-nın seminarında
-
12:57
Riçard Almeydanın yeni klubu bilindi
-
12:26
De Bleker “Barselona” - “Nyukasl” oyununda
-
12:04
Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək
-
11:48
16 yeniyetmə qız cüdoçumuz Türingiya Kubokunda iştirak edəcək
-
11:15
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:51
Afrika çempionluğu Seneqaldan alınıb Mərakeşə verildi
-
10:39
Emin Məmmədov: “Siz “Qarabağ” olaraq böyük iş görürsünüz”
-
10:23
"Fənərbaxça"dan 4 qollu qələbə VİDEO
-
10:02
"Neftçi" 89 yaşında! VİDEO
19.03.2026
18.03.2026























