20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

De Byazi BOS-dakı Anım Günü tədbirində iştirak edib

27 sentyabr - Anım Günü ilə əlaqədar bir dəqiqəlik sükut zamanı Bakı Olimpiya Stadionunun (BOS) daxili monitor və reklam panellərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

Futbolxeber.az saytının məlumatına görə, BOS-un direktoru Cavid Qarayev başda olmaqla, stadion əməkdaşları, futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və hakimlər, cüdo yığmasının baş məşqçisi Mövlud Mirəliyev şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Qeyd edək ki, BOS-un fasadı gündüz saatları istisna olmaqla, 26 sentyabr saat 23:00-dan 28 sentyabr saat 04:00-dək hər zamankı rəngləri ilə deyil, məhz Azərbaycan Bayrağı kimi işıqlandırılacaq.

Bakı Olimpiya Stadionunun fasadı Vətən Müharibəsinin başladığı andan etibarən 44 gün ərzində Azərbaycan Bayrağı və “Qarabağ Azərbaycandır!” şüarı ilə işıqlandırılıb ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30