16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Minifutbol

Neymarla görüşəcək Azərbaycan komandasının adı məlum oldu

Sentyabrın 19-da “Neymar Jr’s” Five futbol turnirinin Milli Finalı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, çempionluq uğrunda Milli Final Heydər Əliyev Mərkəzinin parkında baş tutub.

İki ay davam edən seçimlərdən sonra 16 komanda “Red Bull Neymar Jr’s Five” futbol turnirinin finalında iştirak etmək imkanı qazanıb.

Olimpiya sistemiylə təşkil edilən Milli Final güclü rəqabət və güzəştsiz mübarizəilə yadda qalıb. Dörd saat davam edən Milli Finalın həlledici görüşündə “Şirinlər” və “Pentatrik” komandaları üz-üzə gəlib. Yekunda “Şirinlər” 4:0 hesabı ilə qələbə qazanaraq “Red Bull Neymar Jr’s Five” futbol turnirinin Azərbaycan üzrə qalibi olub.

Qeyd edək ki, bu “Şirinlər” komandasının “Red Bull Neymar Jr’s Five” yarışında ikinci qələbəsidi. Milli Finalın qalibi olan “Şirinlər” komandası dekabrda dünya futbol ulduzu Neymarın iştirakı ilə Qətərdə keçiriləcək Dünya Finalında Azərbaycanı təmsil edəcək.

Xatırladaq ki, “Red Bul Neymar Jr’s Five” - dünyanın hər bir tərəfindən futbol həvəskarlarını birləşdirən “beşin beşə” qlobal futbol turniridir. İldən ilə ölkələrin sayı genişlənir və turnirin coğrafiyası artır. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60-dan çox ölkədə seçim mərhələləri təşkil olunacaq. Bu yarışlarda öz ölkələrində milli finalın qalibi olacaq komandalar əsas dünya finalında iştirak hüququ qazanacaq.

Ətraflı Məlumat: www.redbullneymarjrsfive.com

Layihənin tərəfdaşları:  AR Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, AFFA

Media dəstəkçisi: Day.az,

Meydança - Sportster

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30