25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında keçirilən turnirə yekun vurulub

AFFA-nın maliyyə dəstəyi, “Sirius” Futbol Akademiyasının təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı, Binəqədi Gənclər Evinin ev sahibliyi ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri” layihəsinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, 3-cü yer uğrunda keçirilən görüşdə "Yasamal" və "Binəqədi" komandaları qarşılaşıb. "Yasamal" komandası rəqibinə 8:2 hesabı ilə qalib gələrək 3-cü yerə layiq görülüb.

Final görüşündə isə "Azadlıq və "Gənclik" komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 7:7 hesabı ilə başa çatıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən “Gənclik” komandası yekunda 6:5 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.

Mükafatlandırma mərasimində AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, "Sirius" FK-nın rəhbəri Bilal Abbaszadə və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, turnirdə 8 komanda iştirak edib. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan autizmli və daun sindromlu uşaqların asudə vaxlarının səmərəli təşkili, onların futbola təşviqi, sosial həyatlarında üzləşdiyi çətinliklərin qaldırılmasına yardımçı olmaq, cəmiyyətə inteqrasiyaların sürətləndirilməsinə nail olmaqdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30