19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

"Köhnə qitə"nin yeni "Münəccim"i: ən yaxşı nəticə Əzizovdan, liderlik Süleymanovdan

İyunun 11-də Avropa çempionatının final mərhələsi - AVRO-2020 start götürdü. Sport24.az saytının təşkilatçılığı və AFFA-nın dəstəyi ilə “Köhnə qitə”nin “yeni MÜNƏCCİM”i olan yeni layihəsi də başladı. Final mərhələsində olduğu kimi, bizdə də 24 iştirakçı var.

Qrup mərhələsinə yekun vuran 13-cü oyun günündə ən çox xal toplayan "Qəbələ"nin baş meneceri Zaur Əzizov olub. Belə ki, o, 6 xal toplayaraq turnir cədvəlinin ortalarından liderlər qrupuna yaxınlaşıb. Keçən gün Əzizov kimi yalnız Portuqaliya - Fransa matçının (2:2) hesabını düz tapanlar olub. Digər beləiştirakçılar Firuz Abdulla (AFFA) ilə Elman Himayətoğludu ("Zirə"). İsveç - Polşa (3:2), Slovakiya - İspaniya (0:5) və Almaniya - Macarıstan (2:2) qarşılaşmalarının hesablarını doğru proqnozlaşdıran olmayıb. Son oyundan ümumiyyətlə, xal götürən olmayıb. Çünki 24 iştirakçının hamısı almanların qələbəsini yazmışdı.

Qrup mərhələsinə yekun vuran III turun da qalibi Mehman Süleymanov olub. Sport24.az-ın redaktoru II turdan sonra da zirvədə tək idi. İlk turun qalibi isə "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev olmuşdu. Süleymanovun ən yaxın izləyicisi əvvəlkitək millimizin sabiq baş məşqçisi Şahin Diniyevdi. Üçüncü pilləyə isə "Azerisport"un redaktoru Ruslan Mikayıllı yüksəlib. "Keşlə"nin baş meneceri Eldəniz Yusifov isə bu turda proqnoz vermədiyindən yarışmada iştirak etməyib.

Turnir cədvəli: Mehman Süleymanov - 39, Şahin Diniyev - 35, Ruslan Mikayıllı - 34, Firuz Abdulla, Kənan Məstəliyev - hər ikisi 32, Arif Əsədov, Zaur Əzizov - hər ikisi 31, Yunis Hüseynov, Rüstəm Allahverdiyev - hər ikisi 30, Elman Himayətoğlu - 29, Samir Əliyev, Rəşad Məmmədov - hər ikisi 28,  Tahir Hümmətov - 27, Aslan Kərimov, Aslan Şahgəldiyev, Mahir Rüstəmli - hər üçü 26, Mahmud Qurbanov, Faiq Tahirov - hər ikisi 25, Nicat Zülfülü - 24, Elnur Həmidov - 23, İbrahim Cəfərov - 22, Gündüz Abbaszadə - 19, Eldəniz Yusifov - 18, Şəmsəddin Abbasov - 13.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30