28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

II “Neftçili Yay” Futbol Düşərgəsində 3-cü qrupa yekun vuruldu

“Neftçi” PFK, “ASAN Könüllüləri” Təşkilatı, “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaşlı övladları arasında keçirilən III “Neftçili Yay” Futbol Düşərgəsində 3-cü qrupa yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan səhər proqramından sonra mükafatlandırma mərasimi təşkil olunub.

Uşaqlara sertifikat və hədiyyələri Qarabağ qazisi Əliağa Zeynalov təqdim edib. III “Neftçili Yay” Futbol Düşərgəsində 4-cü qrupa iyunun 25-də start veriləcək.

Qeyd edək ki, pandemiya qaydaları nəzərə alınaraq 100-dən çox iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Bundan əlavə, uşaqlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilir, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədilir. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr verilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31