20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

Azərbaycan Qarabağa qanunsuz səfər edən daha bir şərhçini blokladı

Rusiyanın “Matç TV” kanalının şərhçisi Konstantin Geniç Avro-2020-nin oyunlarına akkreditasiya ala bilməyib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə o, özünün teleqram səhifəsində bildirib.

Geniç bununla bağlı UEFA-dan məktub aldığını yazıb.

Qitənin ali futbol qurumunun belə qərarına Geniçin Azərbaycan tərəfindən bloklanması səbəb olub. O, Ermənistan işğalı altında olarkən Dağlıq Qarabağa qanunsuz səfər edib.

Rusiyalı şərhçi ümid edir ki, UEFA sonradan onu da digər “Matç TV”nin şərhçisi Nobel Arustamyanın problemini həll etdiyi kimi akkreditasiya ilə təmin edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl “Matç TV”nin şərhçilərindən Nobel Arustamyan akkreditasiya üçün müraciət etdiyi UEFA-dan eyni məsələlər ilə bağlı rədd cavabı almışdı. Lakin qitənin ali futbol qurumu sonradan ona Avro-2020 üçün akkreditasiyası verib (Bakı xaric).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30