19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

De Byazi: “İmarət”də yalnız xarabalıqları görə bilirik”

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və “Neftçi”nin yaponiyalı ulduzu Keysuke Honda ilə birgə “İmarət” stadionunda olan milli komandamızın baş məşqçisi Canni de Byazi təəssüratlarını bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis “Qarabağ”ın doğma stadionunun yenidən qurulacağını qeyd edib:

“Qarabağ”ın Ağdamdakı stadionunu ziyarət etdim. Hazırda "İmarət" stadionundayam. Məlum səbəblərdən biz burda yalnız xarabalıqları görə bilirik. Lakin mən ümid edirəm ki, tezliklə "Qarabağ" burada yenidən qurulan stadionda oynaya biləcək”.

Qeyd edək ki, De Byazi Ağdama səfəri zamanı “İmərət”lə yanaşı, Cümə məscidində də olub və Azərbaycanın Milli qəhrəmanı, "Qarabağ" klubunun sabiq baş məşqçisi və futbolçusu Allahverdi Bağırovun da məzarını ziyarət edib.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30